Ukraynanın yeni prezidentinin olması vaxtı çatıb Tramp
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqtonla Kiyev arasındakı münasibətlərə ağır zərbə dəyib. ABŞ Prezidenti Donald Tramp şənbə günü ukraynalı həmkarı Volodimir Zelenskini kəskin tənqid edərək, Ukraynanın "yeni prezidentinin olması" vaxtının çatdığını bildirib və Ukraynanın Rusiyanın karbohidrogen infrastrukturu obyektlərinə endirdiyi zərbələri pisləyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Onlara Rusiya ilə müharibəyə son qoymağa imkan verəcək razılaşma əldə edə biləcək yeni lider seçməyi tövsiyə edirəm", - ABŞ prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Donald Tramp, həmçinin ukraynalı həmkarı Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa sərt şəkildə çağırıb. ABŞ prezidentinin sözlərinə görə, bu hücumlar dizel yanacağının qıtlığı ilə bağlı "qlobal problemi" daha da ağırlaşdırır.
"Yaxşı olar ki, o, bunu dayandırsın", - Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında xəbərdarlıq edib. Bundan bir gün əvvəl Rusiya istehsalı olan böyük həcmdə dizel yanacağının ABŞ-yə tədarük ediləcəyi açıqlanmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Oktyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















