Ukraynaya 350 milyard dollarlıq pulsuz silah verdilər Trampdan Baydenə ittiham
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Texas ştatında keçirilən Respublikaçılar Partiyasının tərəfdarlarının mitinqində çıxış edərkən sələfi Co Baydenin administrasiyasının Ukraynaya 350 milyard dollarlıq hərbi yardım göstərməsini kəskin tənqid edib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
"Biz ordunu yenidən quurduq. Sonra isə Bayden yaratdıqlarımızın çox hissəsini verdi. Ən azından qarşılığında bir şey tələb edə bilərdik. Axı bu, Avropadır. Onlar ödəyə bilərlər", - deyə Tramp bildirib.
ABŞ lideri Co Baydenin Ukraynaya külli miqdarda pulsuz hərbi avadanlıq verdiyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton bu qədər dəstək müqabilində amerikalıların aldadılması fikrindən başqa heç nə əldə etməyib.
Tramp bildirib ki, Avropa ölkələri Ukraynaya ötürülən silahların dəyərini özləri ödəmək imkanına malikdirlər. O, həmçinin hazırkı administrasiyanın hərbi təchizat qarşılığında müttəfiqlərdən ödəniş aldığını da əlavə edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 28 Oktyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















