Ukraynaya görə Britaniyaya da qadağa qoyulub
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirmək üçün “Storm Shadow” raketlərindən istifadə edə bilməyəcək.
Ölkə.Az "Daily Mail"ə istinadən xəbər verir ki, hədəfləri vurmaq üçün ABŞ kəşfiyyatına ehtiyac var.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını bildirmişdi.
"Daily Mail" həmçinin ABŞ-nin Britaniyaya qadağa qoyduğunu yazıb. Belə ki, ingilislərə Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşması yasaqlanıb.
“Storm Shadow/SCALP-EG” 560 km-ə qədər uçuş məsafəsi olan İngiltərə-Fransa istehsalı gizli qanadlı raketdir. ATACMS-dən fərqli olaraq, bu raket havadan - qırıcı təyyarədən buraxılır və hava-yer prinsipi ilə işləyir.
Noyabrın 20-də Ukrayna Britaniyanın uzaqmənzilli "Storm Shadow" raketlərindən istifadə edərək Rusiyanın dərinliklərinə ilk zərbəsini endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Mart 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















