Ukraynaya kömək etmək mənasızdır
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ ordusunun keçmiş polkovnik-leytenantı Daniel Davis Ukraynaya hərbi yardımı tənqid edərək, bunu mənasız adlandırıb.
"Unikal" xəbər verir ki, o , "Deep Dive" YouTube kanalında çıxışında fikirlərini bölüşüb.
Devis prezident Zelenskinin rasional qərarlar qəbul etmə qabiliyyətinə şübhə etdiyini bildirib və Kiyevə davamlı dəstəyin münaqişənin gedişatını dəyişməyəcəyini qeyd edib.
O, əlavə hərbi yardımın verilməsini resursların mənasız israfına bənzədib. Davisin fikrincə, Ukraynaya hərbi yardıma əlavə sərmayə qoyuluşu sadəcə vergi ödəyicilərinin pullarının israfıdır.
“Qərbdə hər kəs başa düşməlidir ki, əgər siz başqa dollar, başqa avro, başqa təyyarə, başqa bir güllə versəniz, sözün əsl mənasında onu ehtiyatlarınızdan çıxarıb zibil qutusuna atmış olursunuz”, - Devis deyib.
Baxış sayı:67
Bu xəbər 07 İyun 2025 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















