Ukraynaya kömək etmək fransızları müdafiə etmək deməkdir Makron
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətində qeyd olunub.
Onun sözlərinə görə, Paris Kiyevə maliyyə və hərbi yardımı davam etdirmək, eləcə də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında iştirak etmək niyyətindədir.
"Ukraynaya özünü müdafiə etməyə kömək etmək Fransa və fransızları müdafiə etmək deməkdir. Əgər Rusiya öz iradəsini güc yolu ilə bir Avropa ölkəsinə qəbul etdirərsə, bütün Avropa zəifləyəcək", - o vurğulayıb.
Fransa liderinin sözlərinə görə, o, Moskvanın danışıqlarda maraqlı olduğunu görmür, Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi zərbələr isə Ukraynanı qış mövsümündə işıqsız qoymağa və bununla da Moskvanın şərtlərini qəbul etməyə məcbur etməyə yönəlib. Bu kontekstdə Kiyevə hərbi və enerji yardımının davam etdirilməsinin vacibliyi qabardılıb.
Fransa Prezidenti ədalətli və davamlı sülhə nail olmağı ikinci prioritet adlandırıb. O vurğulayıb ki, Avropa bu prosesdə tamhüquqlu rol oynamalıdır, çünki bütün qitənin təhlükəsizliyi onun nəticələrindən asılıdır.
Makron həmçinin bildirib ki, Fransanın təşəbbüsü ilə Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində 42 ölkə Avropa təhlükəsizlik prinsiplərinə dair bəyannaməni təsdiqləyib. Bundan əlavə, o, Ukraynaya təhlükəsizlik zəmanətləri hazırlamaq üçün yaradılmış "İstəklililər koalisiyası"nın işini xatırladıb.
Onun sözlərinə görə, müvafiq plan Ukrayna ordusuna dəstəyi və atəşkəsdən sonra ölkədə yerləşdirilə biləcək çoxmillətli qüvvələrin hazırlanmasını nəzərdə tutur. Hazırda təlimlər Polşada keçirilir, koalisiya iştirakçılarının növbəti görüşü isə Berlində planlaşdırılır.
"Avropada ən böyük fəaliyyətdə olan orduya malik olan Ukrayna NATO-da aparıcı rol oynamalıdır", - Makron yazıb.
O vurğulayıb ki, Parisin son məqsədi Ukraynada davamlı sülhü təmin etmək və Avropanın ümumi təhlükəsizlik sistemini möhkəmləndirməkdir.
Qeyd edək ki, bu bəyanat Fransada kütləvi etiraz aksiyaları fonunda verilib. Həmin aksiyalarda bir sıra nümayişçilər hakimiyyəti Ukraynaya hərbi dəstəkdən imtina etməyə və bu vəsaitləri daxili problemlərin həllinə yönəltməyə çağırıblar. Son məlumatlara görə, 106 min nümayişçinin toplaşdığı şənbə etiraz aksiyalarında 121 nəfər saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 15 Noyabr 2026 02:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















