“Ukraynaya məlumat ötürməmişik”
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ukrayna Rusiya aerodromlarına zərbələr endirmək üçün şəxsi məlumatlarından istifadə edib. ABŞ məsələ ilə bağlı Ukraynaya heç bir məlumat ötürməyib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ administrasiyasındakı mənbəyə istinadən “CBS News” telekanalının jurnalisti Cennifer Ceykobs öz sosial şəbəkə hesabında yazıb.
“Administrasiyadakı mənbələrdən əldə etdiyim məlumata əsasən, ABŞ Zelenski və onun əməliyyatda iştirak edən komandası ilə hər hansı məlumatı bölüşməyib. Ukrayna məlumatları özü toplayıb”, - deyə jurnalist qeyd edib.
Xatırladaq ki, Ukrayna dünən FPV-dronlardan istifadə etməklə Rusiyanın beş vilayətində hərbi aerodromlara zərbə endirib. Hücum nəticəsində Rusiyanın 41 təyyarəsinin vurulduğu bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 İyun 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















