Icma.az
close
up
RU
Ukraynaya pis xəbər: Putin Trampı razı saldı, böyük təklif sıradan çıxır

Ukraynaya pis xəbər: Putin Trampı razı saldı, böyük təklif sıradan çıxır

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında iki saatdan artıq davam edən telefon danışığı bir çox baxımdan diqqət çəkdi.

Daha sonra hər iki lider müzakirənin faydalı və səmimi keçdiyini bildirdi. Həmçinin Trampla Putin 9-un 9-a formatına uyğun məhbus mübadiləsi ilə bağlı razılığa gəldiklərini açıqladılar. Bununla yanaşı, Vaşinqton və Moskva arasında normallaşmanın tərəfdarı olduqlarını da vurğulayıblar.

Ağ Ev rəhbəri Ukraynada vəziyyətin nizamlanmasından sonra Rusiyanı ABŞ-ın əsas ticarət və iqtisadi tərəfdaşlarından biri kimi gördüyünü söyləyib. Kreml lideri də Kiyevin danışıqlar masası arxasına qaytarılmasında Tramp və onun administrasiyasının müsbət rolunu qeyd edib. Prezidentlər ikitərəfli görüşün planlandığını da açıqlayıblar.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Trampın Putinlə iki saat davam edən telefon söhbətindən konkret nəticə çıxmadığı görünür:

“Bunu liderlərin müzakirələrlə bağlı açıqlamaları da təsdiq edir. Putin bildirir ki, atəşkəsə yalnız onların şərtləri qəbul edildiyi halda razı ola bilərlər, hətta o, memorandumun hazırlanmasından bəhs edir. Bəllidir ki, Rusiya Ukrayna qarşısında əvvəlki şərtlərini rəsmiləşdirmək niyyətindədir.

Tramp isə qeyd edir ki, Rusiya və Ukrayna arasında atəşkəs, ən əsas da müharibənin bitməsi il bağlı danışıqlar başlayacaq. Bu o deməkdir ki, Ağ Ev rəhbəri Avropa və Ukraynanın istədiyi “30 günlük atəşkəsi” Putinə qəbul etdirə bilməyib, əksinə Kreml rəhbəri onu öz mövqeyinə razı salıb”.


Asif Nərimanlı

Ekspertin sözlərinə görə, Trampla Putin arasındakı son telefon söhbətində gizli razılaşmanın olması ehtimalı azdır:

“Onsuz da ABŞ-la Rusiya belə danışıqları və razılaşmaları daha öncədən ediblər. Bunu Vaşinqtonun Ukrayna müharibəsinin bitməsinə yanaşmasında aydın görmək mümkündür.

Fikrimcə, masada danışıqlar və razılaşma məsələsinin müzakirəsi fonunda Rusiya və Ukraynanın cəbhədə, eləcə də bir-birinin ərazisində hərbi addımları intensivləşə bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 May 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri