Icma.az
close
up
RU
Ukraynaya silah satan və Rusiya ilə müharibəyə itələyən Donald Tramp sülh mükafatına layiq deyil

Ukraynaya silah satan və Rusiya ilə müharibəyə itələyən Donald Tramp sülh mükafatına layiq deyil

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

"İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib". Bu barədə Vaşinqtonda Ağ Evdə dövlət şam yeməyi zamanı Netanyahu özü məlumat verib. İsrailin baş naziri Amerika prezidenti haqqında deyib: “Biz danışdıqca o, bir ölkədə, bir regionda sülhü möhkəmləndirir”. Netanyahu Nobel Komitəsinə göndərdiyi məktubun surətini Trampa verib. Bundan əvvəl Pakistan Trampı Nobel mükafatına namizəd göstərib. Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Nobel Sülh Mükafatını bütün səylərinə baxmayaraq, “yalnız liberallara verildiyi üçün” almayacağı fikrini bildirib. Bu nüfuzlu mükafatı bir neçə ABŞ prezidenti alıb, ən sonuncusu 2009-cu ildə demokrat Barak Obama olub.ABŞ prezidenti Donald Tramp "Nobel" sülh mükafatınna layiqdirmi?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Tramp hakimiyyətə gələrkən müharibələrin dayandırılmasını və dünyada sülhün olmasını təmin edəcəyini vəd etmişdi: “Donald Tramp "hakimiyyətə gələndən sonra bir günə müharibəni dayandıracağam" deyirdi. Sonra bu müddəti 100 gün, sonra isə altı ay etdi. Artıq 6 ay da keçib. Yəni heç nə edə bilmədi. Putinlə də sonuncu danışığından məyus oldu və Putinin müharibəni davam etdirəcəyindən əmin olduqdan sonra artıq Kiyevə müdafiə silahlarının verəcəyi haqqında planları təsdiqlədi”.

Elşad Həsənov

“Donald Tramp ikinci dəfə Amerika prezidenti seçilib. Demokratlardan sonuncu Barak Obama ABŞ prezidenti olaraq həm də Sülh mükafatına layiq görülmüşdü. Donald Tramp da Obamadan geri qalmamaq üçün özünün də "Sülh mükafatı"na layiq olduğunu bildirib. İsrail-İran müharibəsi başlayanda Trampa müharibəni dayandırmaq üçün Pakistan da ilk növbədə Trampa sülh mükafatının verilməsi haqqında məsələ qaldırdı. Bu gün Amerikada səfərdə olan Netanyahu Sülh Fonduna göndərdiyi məktubu şəxsən təqdim edərək bildirir ki, “mən şərəf duyuram ki, bu məktubu yazmışam və siz Dünya Sülh mükafatına layiqsiniz”. Yəni doğrudanmı layiqdir? Sülh mükafatına o adamlar layiq görülməlidir ki, onlar doğrudan da sülhü təmin etsinlər. Ancaq Donald Tramp sülhü təmin edə bilmədi. Hakimiyyətə gələndə Putini diktator adlandırmağı qadağan etdi və üstündən altı ay keçəndən sonra gördük ki, doğrudan da Putin onu indiyə qədər "barmağına doladı". Nəticədə Rusiya müharibəni öz məqsədlərinə çatana qədər davam etdirəcəyini bəyan etdi. Rusiya Ukraynanın NATO-ya üzv olmaması və hərbçi sayının azaltması, Ukraynada rus dilinin dövlət olmasını tələblərini irəli sürdü. Bunlar da Ukrayna, Avropa və Amerika tərəfindən təbii ki, qəbuledilməz tələblərdir. Bu səbəbdən də, Tramp Ukraynaya müdafiə silahlarının verəcəyi haqqında qərar qəbul etdi”-deyən politoloq hesab edir ki, Ukraynaya daha çox yardımı Avropa İttifaqı, o cümlədən Almaniya, Polşa, Fransa, Böyük Britaniya, Niderland edir və Ukraynanın bərpası üçün Niderland artıq beş milyard avro ayırıb.

“Trampın hakimiyyətə gəldikdən sonra gördüyü iş o oldu ki, Putin yenidən dirçəldi. Putin Bayden dövründə demək olar ki, yıxılmış vəziyyətdə idi və Tramp gələndən sonra onu necə deyərlər "canlandırdı", daha da gücləndirdi. “Putin yaxşı oğlandır, Putin diktator deyil” dedi və Volodimir Zelenskini diktator adlandırdı, sanki Ukrayna Rusiyaya hücum etmişdi. Bütün bunlar da hamının gözü qarşısında oldu. Yəni bir növ Tramp özünə, qənim kəsildi. Onun apardığı bu düzgün olmayan siyasət də axırda öz nəticəsini verdi. Rusiya onun təkliflərini rədd etdi və bütün bunların müqabilində də indi də o Ukraynaya silah satır. Bütün bunlarla yanaşı, ABŞ Ukraynanın yeraltı təbii sərvətlərini əldə etmək üçün müqavilə bağladı. Belə bir adama sülh mükafatı verilməsi obyektiv deyil, ancaq dünya başqa cürdür. Ona görə hər şey olşa bilər”-deyə Elşad Həsənov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 İyul 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri