Ulduz futbolçu Ardaya görə göndərilir Real da dəyişiklik
Icma.az, Metbuat saytına istinadən bildirir.
“Real Madrid”in taktiki planlarında Arda Güler Rodriqonu geridə qoyub.
Metbuat.az xəbər verir ki, məşqçilər heyəti Ardaya daha çox etimad edir. “Diario AS”da dərc edilən xəbərə görə, Arda uğurlu oyunu ilə Rodriqonu üstələyib. Məlumata görə, Karlo Ançelotti Rodriqonun əvəzinə Ardanı əsas heyət oyunçusu hesab edir. Bildirilir ki, bu Ardanın “Real”dakı futbol karyerası üçün də dönüş nöqtəsidir.
Qeyd edək ki, bundan əvvəl “Real”ın Rodriqonu klubdan göndərməyə razılıq verdiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, “Real” Rodriqo üçün 100 milyon avro tələb edir. “Arsenal” və “Mançester Siti”nin futbolçunun xidmətində maraqlı olduğu irəli sürülür.
Baxış sayı:87
Bu xəbər 09 May 2025 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















