Ulduz futbolçu sevgilisinə görə klubu dəyişmək istəyir
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın “Borussiya Dortmund” klubunun ulduz futbolçusu Kərim Adeyemi klubdan ayrılmaq istəyir.
23 yaşlı hücumçunun bu qərarına şəxsi həyatı ilə bağlı səbəblər təsir göstərib.
Belə ki, Adeyemi sevgilisi Loredana Zefinin Dortmundda deyil, Avropanın böyük şəhərlərindən birində yaşamaq istədiyini bildirməsindən sonra bu addımı atmağa qərar verib. Futbolçu sevgilisinin bu fikrindən sonra agentini dəyişib və müqavilə şərtlərinin yenidən müzakirəsinə başlayıb.
2027-ci ilə qədər Dortmund təmsilçisi ilə müqaviləsi olmasına baxmayaraq, Adeyemi artıq rəhbərliyə komandadan ayrılmaq istədiyini bildirib.
Qeyd edək ki, cari mövsümdə Kərim Adeyemi “Borussiya”nın əsas oyunçularından biridir. Alman futbolçu indiyədək 21 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:41
Bu xəbər 16 Dekabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















