Icma.az
close
up
RU
Ulduzlar sönmür Fuad Poladovun 77 illiyinə

Ulduzlar sönmür Fuad Poladovun 77 illiyinə

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məhəmməd İsrafiloğlu

"Yaxşı insanın öldüyünə deyil, onu itirən cəmiyyəti ağlayın"

Əl-Fərabi (872-951).

Bu gün Azərbaycan teatr və kinosunun sütunlarından Fuad Poladovun doğum günüdür. Qəsdən titullarını yazmağa ehtiyac duymuram. Çünki Fuad Poladov adı və soyadı daşıdığı bütün titulların fövqündədir, uca bir dəyərdir.Üstəgəl sənətkar və şəxsiyyət vəhdətinin bütün xarakterik cizgiləri yüksək teatral, intellektual mədəniyyəti onu fərqli qılan bir tərəfiydi. 2007-ci ildə Kiyevdə Fuad müəlimlə bir tədbirdə tanışmam bir həftə onunla keçirdiyim günlərin xatirəsi həyatımın ən doğma əziz anları, məqamıdır.

Bu yeddi gündə demək olar ki hər gün Fuad müəllimlə görüşdük. Əlimə düşən fürsəti eləsinə acgözcəsinə dəyərləndirməyə çalışırdım ki. Onun da bu maraq və istəyimə səmimiyyət göstərən anlayışı qısa zamanda dostlaşmamızı belə sağladı. Uçmağa qanadım yox idi necə deyərlər...

Nələrdən danışmadıq ki... Maraq dolu verdiyim bütün suallara səbrlə, özünəməxsus səs tonu və arada dərindən buraxdığı pauzalarla cavab verirdi. Bu pauzalar əsnasında bəzən araya çökən sükut həm qısa idi həm də bu günədək yaddaşImda ilişib qalacaq qədər dərin və uzundur...

Rəhmətlik rejissor Tofiq Kazımovdan ağızdolusu danışardı, ona özünü borclu sayardı. Məni Tofiq müəllim kəşf etdi Mamed can söylədi söhbətlərimizin birində. Böyük aktyor İsmayıl Dağıstanlıyla qonşu olmaqlarından söhbət açdı. Bir xatirəsini söylədi ki, bəs İsmayıl müəllim olduqca çox siqaret çəkirdi. Aktyorun Tibb İnstitutunda oxuyan qızı Ləman bir gün siqaretin insan ömrünü azaldan zərərlərindən dolayı atasına kövrələrək: Mən istəyirəm Sən uzun-uzun yaşayasan Atacan dediyindən sonra İsmayıl müəllimin də qızının bu pərişan halına dözməyərək əlindəki siqaret paçkasını əzib necə zibil qutusuna atmasını belə mənə danışmışdı.

Yusif Vəliyevdən, Hamlet Xanızadədən, Səməndər Rzayevdən, Hacı Murad Yegizarovdan, Tariyel Qasımovdan, Nodar Şaşıqoğlundan, Həsənağa Turabovdan, Həsən Əblucdan, Bəxtiyar Xanızadədən danışmışdı mənə. Həm də sevgi dolu, uca təqdirləriylə.Rəhmətlik gözəl aktyor Kamal Xudaverdiyevlə dostluq etdiyini vurğulmışdı. Rejissor Yavər Rzayevin Hüseyin Cavid filminə yazdığı möhtəşəm ssenaridən bəhs etmişdi mənə. Fəqət bu ssenari nə yazıq ki həyata keçməmişdi. Hüseyn Caviddən söhbət etmişdik. Kövrəlmişdi. “ Biz Hüseyn Cavidi dünyaya tanıtdırsaydıq Şekspri belə kölgədə qoyacaqdı “ söyləmişdi. Fuad müəlim siqareti çox çəkirdi. Hüseyn Cavid haqqında söhbətimizdə siqaret dumanının içində onun dalğın, uzaqlara dikilən baxışlarını sezdiyimdə demişdim ki: “ Fuad müəllim nədən rejissorlar Sizi Cavidin Azərinə çəkməmişlər. Çünki bu andakı dalğın, uzaqlar dikilən baxışlarınız eynən Azərin baxışlarıdır. “ Atəşgədələr, fırtınalar yavrusu Azər...

Yorğun gözü həsrətli üfüqlər kimi dalğın...” misralarını uca səslə söyləmişdim. Duyğulanmışdı. Bu artıq rejissorların kəşfinə bağlı Mamed can demişdi.Söhbətlərimizin birində kulisdən , teatrın pərdə arxasından söhbət açmışdım. Hətta özümdə cəsarət tapıb: “ Fuad müəllim sanki kulis Salyeri paxıllığı üçün vardır” demişdim. Dərin bir pauzadan sonra: “ Hər teatrın, kulisin öz Motsartı öz Salyerisi var. Motsart olmaq işin ən çətini, hər yer onsuz da zatən salyeriylə doludur...” söyləmşdi. Yenə siqaret dumanı və dərin bir pauza...

Son görüşümüz Kiyev hava limanında onu Bakıya uğurlayan gündə oldu. Bakıya gələndə mütləq görüşək söyləmişdi mənə qucaqlaşınb ayrılarkən. Mən də artıq Bakıya gəlməyin tək səbəbi Fuad Poladovdur demişdim gülə-gülə. Sonralar Bakıya, Fuad müəllimin işlədiyi S.Vurğun adına Rus Dram Teatrında oynanan bir tamaşasına necə qəfil getməyin də planlarını qurmuşdum xəyalən. Amma gedə bilməmişdim Bakıya. Nisgildir indi artıq mənim üçün bu... Telefonla tez-tez danışardıq. Hər səsimi eşidəndə: Ooo Mamed can əzizim sənsən? sualı ilk gələrdi qulağıma. Hər doğum günündə təbrikləşərdim. Gün yenə həmin gün. Amma əli qoynunda lal telefondan bir daha o doğma səsi eşitməz oldum artıq.

Adətən hər hansı bir teatr tamaşası başlarkən pərdələri qaldırın,işıqları yandırın! diqtəsindən sonra baş verir bütün olanlar. ONUN ömrü bu işıqlar altında keçdi və yaddaşlarda elə işıq kimi də qalacaq...

Cismani yoxluğunda Ona İşıqlar içində yatsın deməkdən başqa çarəmiz qalmır...

Və ulduzlar sönmür...

Doğum günün qutlu olsun Fuad müəllim!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 May 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see312

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see307

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see265

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see223

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see220

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see215

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see215

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see215

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see211

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see211

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see208

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see197

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see193

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see188

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see188

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see179

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see176

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see175

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri