Ulu öndər Heydər Əliyev: Azərbaycan dövlətçiliyinin və milli ideologiyasının banisi
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycan xalqı dünya miqyasında tanınmış nadir siyasi xadim, müasir dövlətçiliyimizin qurucusu Ulu Öndər Heydər Əliyevin anım gününü dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edir. Xalqımızın taleyində həlledici rol oynamış Heydər Əliyev şəxsiyyəti təkcə müəyyən tarixi dövrün deyil, bütün zamanların lideri, Azərbaycan dövlətçiliyinin və milli ideologiyasının banisi kimi yaddaşlarda yaşayır.
Azərbaycanın müstəqilliyi, suverenliyi və təhlükəsizliyi uğrunda misilsiz xidmətləri ilə seçilən Heydər Əliyev bütün həyatını xalqına, dövlətinə həsr etmiş böyük şəxsiyyətdir. Onun siyasi iradəsi, qətiyyəti və liderlik məharəti nəticəsində bir neçə dəfə Azərbaycan tarix səhnəsində yenidən doğulmuşdur. XX əsrin sonlarında Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalqın tək ümidi Heydər Əliyev oldu. O, həm daxili siyasi sabitliyi bərpa etdi, həm də dövlətçiliyimizi parçalaya biləcək təhdidlərin qarşısını aldı. Məhz onun müdrikliyi sayəsində Azərbaycan tənəzzüldən inkişaf mərhələsinə yüksəldi. Bu gün biz böyük fəxarətlə deyə bilərik ki, Azərbaycan müasir tarixi ən ağır sınaqları Heydər Əliyev dühası hesabına uğurla adladı.
Bu gün Azərbaycan dövlətinin sabit və güclü olmasının başlıca səbəbi məhz Ulu Öndərin yaratdığı möhkəm siyasi idarəçilik sistemi, milli həmrəyliyi təmin edən ideoloji xətt və strateji inkişaf modelidir.
Heydər Əliyevin siyasi irsinin ən əsas özəlliyi ondadır ki, bu irs zamanla daha da aktuallaşır. Regional və qlobal miqyasda baş verən mürəkkəb proseslər fonunda Azərbaycanın prinsipial mövqeyinin qorunması, milli maraqlarının təmin olunması və dövlətin suveren siyasət aparmaq gücü Heydər Əliyev məktəbinin gücünü açıq şəkildə nümayiş etdirir.
Bu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək mərhələyə çatdırılmışdır. Azərbaycanın regiondakı liderliyi, işğaldan azad olunmuş torpaqlarda aparılan geniş quruculuq işləri, yeni geosiyasi reallıqların formalaşması Heydər Əliyev siyasətinin parlaq nəticələridir.
Heydər Əliyevin siyasi fəlsəfəsində xalq amili hər şeydən üstün tutulurdu. O, daim bildirirdi ki, “Xalq məni irəli çəkir, mən də xalqa arxalanıram”. Bu məntiq dövlət idarəçiliyinin əsas fəlsəfəsinə çevrildi və bu gün də Azərbaycan cəmiyyətində etimadın, həmrəyliyin və birlik ruhunun təməl daşını təşkil edir.
Deputat olaraq qeyd etmək istərdim ki, Ulu Öndərin insan amilinə yönəlik yanaşması, sosial siyasətdə ədalət prinsipini əsas tutması bu gün də dövlət siyasətinin bünövrə elementidir. Regionların inkişafından sosial rifah layihələrinə qədər bütün istiqamətlərdə Heydər Əliyev ideyaları yaşayır və uğurla icra olunur.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya birliyində öz sözü və imzası olan, regional sabitlik və əməkdaşlıq proseslərində aparıcı rol oynayan qüdrətli dövlətdir. Azərbaycan artıq təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın formalaşmasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən beynəlxalq enerji, nəqliyyat və logistika layihələri ölkəmizi regional sabitliyin əsas dayağına çevirib. Bu gün Bakı dünyanın siyasi, iqtisadi və mədəni platformalarının mərkəzinə çevrilib, bir çox qlobal təşəbbüslərin reallaşmasında aparıcı rol oynayır.
Ən önəmlisi isə, Azərbaycan öz suverenliyini tam bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş qalib dövlətdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi ədaləti bərpa etmiş, uzun illər işğal altında qalan torpaqlarımız azad olunmuşdur. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, Böyük Qayıdış mərhələsi başlayıb.
Ulu Öndərin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” fikri dövlət ideologiyasının əsas dayağı kimi bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır. Xalqımız bu çağırışı böyük məsuliyyət və qürur hissi ilə qoruyur, gələcək nəsillərə ötürür.
Bu anım günündə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə yad edərək bir daha vurğulamaq istərdim ki, onun yaratdığı siyasi, mənəvi və dövlətçilik irsi Azərbaycan xalqının ən qiymətli sərvətidir. Bu irs bu gün bizi daha güclü, daha birləşmiş, daha qətiyyətli edir.
Fatma Yıldırım
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 12 Dekabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















