Icma.az
close
up
RU
YAP “Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı” adlı tədbir keçirdi FOTOLAR

YAP “Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı” adlı tədbir keçirdi FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən öncə Universitetin inzibati binasında müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qeyd edib ki, dövlət idarəçiliyində liderin fəaliyyəti uğurlu inkişafın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından çox mühüm amildir: “Prezident İlham Əliyevin "Bizim sözümüz imzamız qədər dəyərlidir" fikri Onun verdiyi vədlərin əməli fəaliyyətdə öz əksini tapdığını göstərir. Dövlətimizin başçısının xalqa verdiyi vədləri yerinə yetirməsinin ən parlaq nümunəsi torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın bütün ərazilərimizdə ucaldılmasıdır. Hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və ötən müddət ərzində sözünün sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev xalqın yüksək rəğbət və məhəbbətini qazanıb. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib”.

V.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır: “Bu siyasət həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar qazandırmış daxili və xarici siyasəti Azərbaycanı dünyada sabitlik adasına, multikulturalizm mərkəzinə, qlobal tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkana çevirib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın daha da güclənməsinə xidmət edəcək”.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, çağdaş Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır: “Ulu Öndər Heydər Əliyev milli maraqlara əsaslanan uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin daimiliyi, dönməzliyi və əbədiliyini təmin etməklə xalqımıza çoxsaylı uğurlar qazandırmışdır. Bu gün iftixarla qeyd edirik ki, hər birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi mirasıdır”.

Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndərin tükənməz dövlətçilik irsini müasir çağırışlara uyğun zənginləşdirərək həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilmiş, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda lider dövlətə çevrilmiş, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınmışdır: “Ən əsası, iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və tam suverenliyini bərpa etməklə Zəfər zirvəsinə yüksəlmişdir. Ata vəsiyyətini və xalqa verdiyi bütün vədləri şərəflə yerinə yetirən Prezident İlham Əliyev Azərbaycanı Ulu Öndərimizin görmək istədiyi qalib və qüdrətli dövlətə çevirməklə bərabər, strateji hədəfləri ardıcıl olaraq gerçəkləşdirərək nəinki ölkəmiz, bütövlükdə regionumuz üçün yeni perspektivlər yaratmışdır”.

YAP Sədrinin müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil və qətiyyətli siyasəti ölkəmizdə ictimai-siyasi sabitliyin və milli birliyin qorunmasına, sosial-iqtisadi inkişafın davam etməsinə, əhalinin rifahının daha da yaxşılaşmasına, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın uğurla həyata keçirilməsinə və nəhayət, bölgədə sülh, təhlükəsizlik və çoxşaxəli əməkdaşlığın bərqərar olmasına hədəflənmişdir: “Ulu Öndərimizin dahiyanə söylədiyi bir  fikir var: “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün  məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində  Prezident İlham Əliyev müasir, suveren, bütöv və yeni Azərbaycanı qurub. Şübhə yoxdur ki, öz Müzəffər Liderinin ətrafında sıx birləşən xalqımız bundan sonra da milli məqsədlərə nail olaraq daha qüdrətli Azərbaycan naminə yeni qələbələrə imza atacaqdır”.

Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş Universitet əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda bədii hissə təqdim olunub və xatirə şəkli çəkdirilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri