Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi ŞƏRH

Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ana dilinin bir dövlətin rəsmi statusuna yüksəlməsi tarix boyu bir çox xalqlar üçün həm mədəni, həm də siyasi mübarizə obyektinə çevrilmişdir. Azərbaycan xalqı da bu prosesdən istisna olmayaraq uzun illər ərzində öz ana dilinin dövlət səviyyəsində tanınması uğrunda çətin və mərd bir yol keçmişdir. Bu yolun ən parlaq səhifələrindən biri isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dönməz mübarizəsi, siyasi qətiyyəti və vətənpərvər iradəsi ilə bağlıdır. 1970-ci illərdə SSRİ-də ruslaşdırma siyasəti açıq şəkildə güclənmişdi. İttifaq rəhbərliyi milli dillərin imkanlarını süni şəkildə məhdudlaşdırır, onları tədricən sıradan çıxarmaq üçün ideoloji və inzibati alətlərdən istifadə edirdi. Xüsusilə də SSRİ Konstitusiyasının 1977-ci ildə qəbulundan sonra milli dillərin statusu təhlükə altına düşdü. Bu zaman Azərbaycanın dövlət rəhbəri olan Heydər Əliyev öz xalqının maraqlarını qorumaq üçün son dərəcə cəsarətli və strateji addım atdı və Azərbaycan dilinin dövlət dili kimi tanınması təşəbbüsü ilə çıxış etdi. Əgər nəzərə alsaq ki, o dövrdə milli məsələni gündəmə gətirən şəxslər ciddi cəzalarla, hətta repressiyalarla üzləşirdi, Heydər Əliyevin bu addımı sadəcə inzibati qərar deyil, həm də milli şüurdan qaynaqlanan siyasi iradə idi. Onun bu təşəbbüsü bir liderin cəsarətini, uzaqgörənliyini və xalqına sonsuz sevgisini nümayiş etdirirdi. Heydər Əliyev bilirdi ki, dilsiz xalq öz milli kimliyini itirər, dövlətçilik iddiası zəifləyər və nəhayət, tarix səhnəsindən silinmək təhlükəsi ilə üzləşər. Məhz bu strateji düşüncənin nəticəsi olaraq 27 aprel 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Bu, təkcə hüquqi deyil, həm də mənəvi inqilab idi. SSRİ kimi mərkəzləşmiş və rus dilini yeganə üstünlük daşıyıcısı kimi təqdim edən bir imperiya daxilində bu cür təşəbbüsün reallaşdırılması, heç şübhəsiz, Heydər Əliyevin siyasi nüfuzunun, diplomatik çevikliyinin və xalqına bağlılığının göstəricisidir. Ulu Öndər Heydər Əliyev bu prosesi təkcə bir dəfəlik qərar kimi təqdim etməmiş, dilin gələcək inkişafına da önəm vermişdir. Onun rəhbərliyi dövründə Azərbaycan dilində nəşrlərin, elmi və bədii ədəbiyyatın artması, dilçi alimlərin fəaliyyətinə dəstəyin gücləndirilməsi, tərcümə məktəblərinin formalaşdırılması və dilin saflığının qorunmasına yönələn tədbirlər həyata keçirilmişdir. Daha sonralar – 1993-cü ildən başlayaraq müstəqil Azərbaycanın siyasi rəhbərliyini yenidən öz üzərinə götürdükdən sonra Heydər Əliyev bu istiqamətdə daha da qətiyyətli addımlar atdı. Onun təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması konstitusion norma kimi təsbit edildi. Bu, artıq müstəqil dövlətin milli kimliyinin hüquqi təminatı idi və eyni zamanda Heydər Əliyevin milli ideologiyasının əsas sütunlarından birinə çevrildi. Ulu Öndərin siyasi iradəsi yalnız hüquqi sənədlərlə məhdudlaşmadı. O, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayaraq, ana dilimizin dövlət strukturlarında və cəmiyyətin bütün sahələrində düzgün və geniş şəkildə istifadə olunmasını təmin edən mexanizmlər yaratdı. Bunun ardınca 2001-ci ilin 9 avqustunda “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanla hər il avqustun 1-i milli dil bayramı kimi qeyd olunmağa başlandı. Bu qərar sadəcə rəsmi tədbir deyildi – bu, xalqla dövlət arasında milli mənəviyyata əsaslanan mənəvi körpünün daha da möhkəmləndirilməsi idi. Ulu öndər Heydər Əliyev bu sahədəki mübarizəsində daim xalqı öz ətrafında səfərbər edir, ziyalıların dilin inkişafındakı rolunu ön plana çəkir, gəncləri ana dilini qorumağa və onun zənginliklərini mənimsəməyə səsləyirdi. Onun “Hər bir azərbaycanlı Azərbaycan dilini bilməlidir, öyrənməlidir və bu dildə danışmalıdır!” çağırışı bu gün də aktuallığını qorumaqdadır. Ulu öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda apardığı mübarizə nəticəsində bu gün Azərbaycan dili yalnız ölkəmizdə deyil, dünya azərbaycanlıları arasında da birliyin, milli kimliyin və mənəvi bağlılığın rəmzinə çevrilmişdir. Onun bu sahədəki fəaliyyətləri göstərdi ki, dil siyasəti təkcə mədəni deyil, həm də ciddi siyasi məsələdir. Ana dilinin qorunması, inkişaf etdirilməsi və dünyaya tanıdılması hər bir müstəqil dövlətin əsas vəzifələrindən biridir və bu sahədə əsas yolgöstərici məhz Ümummilli Liderin müdrik və uzaqgörən siyasətidir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri