Icma.az
close
up
RU
Ulu Öndərin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gün ŞƏRH

Ulu Öndərin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gün ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycanın dövlətçilik tarixində elə günlər var ki, onlar bir xalqın yalnız taleyini deyil, həm də gələcək nəsillərin yaşam fəlsəfəsini müəyyən edir. Məhz belə tarixi hadisələrdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətçiliyinin xilası, xalqın siyasi iradəsinin təntənəsi və Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gündür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova bildirib.

O xatırladıb ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ağır və mürəkkəb sınaqlarla qarşı-qarşıya qalmışdı: “Dövlət idarəçiliyi praktiki olaraq yox dərəcəsində idi, ölkədə xaos hökm sürürdü. Siyasi çəkişmələr, ayrı-ayrı qrupların hakimiyyət uğrunda mübarizəsi, ordu və hüquq-mühafizə orqanlarının dağınıq vəziyyəti ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Eyni zamanda, Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi torpaqlarımızın bir hissəsi itirilmişdi. Belə bir ağır və taleyüklü zamanda xalq öz xilaskarını axtarırdı. Bu xilaskar isə kifayət qədər idarəçilik təcrübəsi olan, milli maraqları hər şeydən üstün tutan böyük dövlət xadimi Heydər Əliyev idi. 1993-cü ilin iyununda Azərbaycan xalqının təkidli dəvəti ilə Ulu Öndər Naxçıvandan Bakıya gəldi və 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçildi. Bu, ölkə tarixində yeni bir mərhələnin, əslində isə Azərbaycanın siyasi və milli qurtuluşunun başlanğıcı oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə əvvəlcə siyasi sabitlik yaradıldı, dövlət aparatında nizam-intizam bərpa olundu. Qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycanın parçalanmaq təhlükəsi dəf edildi. Onun uzaqgörən siyasəti nəticəsində Konstitusiya hazırlandı və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edildi. Hüquqi baza formalaşdı, qanunvericilik və məhkəmə sistemləri quruldu, ordu gücləndirildi. Eyni zamanda, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin iqtisadi inkişafının əsası oldu. “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi 1994-cü ildə imzalandı və Azərbaycan iqtisadiyyatına milyardlarla xarici sərmayənin cəlb olunmasına zəmin yaratdı. Bu, yalnız iqtisadi inkişafı deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin etdi”.

S.Salmanovanın sözlərinə görə, bu gün hər bir azərbaycanlı Heydər Əliyevi sadəcə bir siyasətçi kimi deyil, müstəqilliyimizin memarı, xalqın xilaskarı, milli dəyərlərin qoruyucusu kimi xatırlayır. Ümummilli Liderin adı xalqımızın ruhuna yazılıb, qəlbinə həkk olunub. Qədirbilən xalqımız Ulu Öndərin əziz xatirəsini hər zaman uca tutur, çünki bu xatirə hər birimizin həyatına sabitlik, rifah və gələcək inamı bəxş edib. Onun irsi, ideyaları və Vətənə sevgisi milli kimliyimizin bir parçasına çevrilib. Heydər Əliyev yalnız bir dövrün yox, Azərbaycan xalqının əbədi Lideridir. Bu gün fəxrlə deyilir ki, Heydər Əliyevin qoyduğu təməl üzərində müasir, qüdrətli Azərbaycan qurulub.

“Ulu Öndərin siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu davamlı və ardıcıl siyasət nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdik. Dövlətimizin ərazi bütövlüyü bərpa olundu, suverenliyimiz tam şəkildə təmin edildi. Artıq bu gün Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da öz sözünü deyən, təşəbbüslərlə çıxış edən, iqtisadi və siyasi sabitliyə malik olan bir dövlətdir. Bütün bu nailiyyətlərin kökündə isə 15 İyunda atılan tarixi addım, xalqın və liderin birliyi dayanır.

Əminəm ki, Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, regionda və dünyada öz mövqelərini daha da möhkəmləndirəcək”, - deyə deputat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see159

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri