Ülviyyə Cəlilzadə: “ACWA Power” şirkətinin baş icraçı direktoru xidmətimizdən çox razı qaldı FOTO
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
"APA-Economics" xəbər verir ki, konfrans zamanı bir çox qlobal şirkətlər öz stendləri ilə tədbirdə təmsil olunurlar.
“URBAN CREW” şirkəti də “ACWA Power” şirkəti üçün tədbir təşkilatçılığını, məkan idarəetmə (DMC) işlərini yerinə yetirir, iştirakçıların rahatlığı və loqistika işlərində yüksək səviyyədə xidmət göstərir.
Belə ki, “ACWA Power”in stendinin COP 29 ərəfəsində idarə olunmasını və bütün təşkilatı işləri “URBAN CREW” şirkətinin komandası həyata keçirir.
Bu barədə “URBAN CREW” şirkətinin direktoru Ülviyyə Cəlilzadə məlumat verib. Ü.Cəlilzadə bildirib ki, 12-14 noyabr tarixlərində “ACWA Power” şirkətinin rəhbər şəxsləri şirkətin stendidə iştirak edərək tədbirdə iştirak edən qonaqlar ilə fikir mübadiləsi aparıblar: “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli tədbirin yüksək səviyyədə keçməsindən məmnunluğunu bildirib. Həmçinin digər rəhbər şəxslər də yüksək səviyyədə təşkil olunan tədbirdən razı qaldıqlarını bildirdilər. Bu “URBAN CREW” şirkətinin komandası üçün böyük fəxrdir”.
Qeyd edək ki, COP 29 tədbiri 22 noyabr tarixinə kimi davam edəcək.
Xatırladaq ki, “URBAN CREW” şirkəti müxtəlif növ tədbirlərin təşkilini, tədbir məkanlarının rezervasiyasını, tədbirlərin logistikasını, qonaqların otellərə yerləşdirməsini, qonaqlar üçün daxili turların təşkilini, biznes müzakirələri üçün görüş otaqlarının və texniki dəstəyin təmin edilməsini həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 22 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















