Umerov hərbçilərlə Yaxın Şərqə getdi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov hərbçilərlə birlikdə Yaxın Şərqə səfərə yollanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyəti region ölkələri ilə qarşılıqlı yardım və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək. Umerov hərbçilər, kəşfiyyat qurumları, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə birlikdə konkret razılaşmalar üzərində işləyəcək.
V.Zelenski qeyd edib ki, Yaxın Şərqdə İranla bağlı gərginlik və Hörmüz boğazı ətrafındakı vəziyyət dünya enerji bazarına ciddi təsir göstərə bilər. O vurğulayıb ki, regionda sabitliyin qorunması olduqca vacibdir.
Ukrayna Prezidenti əlavə edib ki, Ukrayna dron hücumlarına qarşı mübarizədə böyük təcrübəyə malikdir və bu sahədə əməkdaşlıq həm Ukrayna, həm də Yaxın Şərq ölkələrinin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıya bilər.
Baxış sayı:115
Bu xəbər 11 Mart 2026 02:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















