Icma.az
close
up
RU
“Ümid Babək” yatağının ikinci həyatı

“Ümid Babək” yatağının ikinci həyatı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Neptun” özüqalxan qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorundakı “Ümid” qaz-kondensat yatağında fəaliyyətini 2027-ci ilin sonunadək davam etdirəcək. Bununla bağlı “Umid Babek Operation Company” (UBOC) əməliyyat şirkəti ilə “Caspian Oilfield Service”(COS) arasında sənəd imzalanıb.

UBOC əməliyyat şirkətindən verilən məlumata görə, hazırda yatağın cənub qanadında mühüm qazma əməliyyatları həyata keçirilir. 2025-ci ilin iyununda ölkəmizə gətirilən “Neptun” qurğusu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə 7 min metrdən artıq dərinliyə malik sualtı qiymətləndirmə quyusunun qazılmasını davam etdirir. Bu, “Ümid” yatağının tarixində ən dərin quyu hesab olunmaqla yanaşı, Xəzər regionunda ilk dəfə özüqalxan qurğu ilə həyata keçirilən sualtı qazma əməliyyatıdır.

“Bu layihə çərçivəsində qazanılan təcrübə dəniz qaz hasilatının sürətləndirilməsinə, mövcud ehtiyatların daha dərindən öyrənilməsinə, eləcə də UBOC-un qazma mühəndisliyi komandasının sualtı əməliyyatlar üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir”, – deyə məlumatda qeyd olunub. Şirkətdən o da bildirilib ki, “Ümid” yatağının inkişafının növbəti mərhələsinə keçid fonunda COS ilə əməkdaşlıq əldə edilən nəticələrin əsas dayaqlarından biri olaraq qalır.

Xatırladaq ki, “Ümid” yatağı 2010-cu il noyabrın 24-də kəşf olunub. Bu, Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. Yataq 2012-ci ildə istismara verilib. Şirkətin ilkin qiymətləndirmələrinə görə, “Ümid” yatağının Balaxanı VIII, Fasilə (B, C, D), Fasilə E, Qırməkiüstü və Qırməkialtı layları üzrə ehtiyatları 129 milyard kubmetr qaz və 20 milyon ton kondensatdan ibarətdir.

“Ümid–Babək” yataqlar blokunun kəşfiyyatı və işlənməsi üzrə saziş isə 2017-ci il yanvarın 12-də imzalanıb və həmin ilin mayında qüvvəyə minib. UBOC şirkətinin səhmdarları SOCAR (80 faiz) və “Nobel Upstream” (20 faiz) şirkətləridir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see284

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see270

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see267

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see267

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see265

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see262

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see262

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see240

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see239

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see237

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see234

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see231

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see227

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see220

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see220

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see216

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see214

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see208

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see191

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri