Icma.az
close
up
RU
BP “Babək” yatağının işlənməsi məsələsinə maraq göstərir

BP “Babək” yatağının işlənməsi məsələsinə maraq göstərir

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Energetika naziri Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli arasında görüş keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə BP şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində neft-qaz və bərpa olunan enerji sahələrində həyata keçirilən layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu kontekstdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında hasilatın sabit saxlanılması, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.

Eyni zamanda, “Şahdəniz” yatağında aparılan fəaliyyətlər, “Şahdəniz Kompressiya” layihəsinin inkişafı və AÇG-dən sərbəst təbii qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın əldə olunması ilə bağlı yeniliklər diqqətə çatdırılıb. “Şəfəq-Asiman”, “Qarabağ” və “Babək” yataqlarının işlənməsi ilə bağlı məsələlər də müzakirə edilərək perspektiv imkanlar dəyərləndirilib. Qeyd olunub ki, bu layihələr ölkənin qaz ixrac potensialının artırılmasına mühüm töhfə verəcək.

Görüşdə, həmçinin neft-qaz platformalarının və “Səngəçal” terminalının elektrikləşdirilməsi, eləcə də “Şəfəq” Günəş Elektrik Stansiyasının 2027-ci ildə istismara verilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.

Söhbət zamanı enerji bazarlarında mövcud vəziyyət fonunda enerji təhlükəsizliyinin prioritetliyi, enerji mənbələrinin, marşrutlarının və təchizatın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Bərpa olunan enerji sahəsində sürətli inkişafla yanaşı, karbohidrogenlərin hələ də qlobal enerji istehlakında əsas paya malik olduğu və gələcəkdə də mühüm rol oynamaqda davam edəcəyi bildirilib. Azərbaycanın neft, qaz, elektrik enerjisi və bərpa olunan enerji sahələrində diversifikasiya siyasətini ardıcıl şəkildə davam etdirdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, regional enerji təhlükəsizliyinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq enerji mərkəzi kimi rolunun daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi ifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Aprel 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri