Icma.az
close
up
RU
Füzulidə görülən işlər gələcəyə inamın təntənəsidir

Füzulidə görülən işlər gələcəyə inamın təntənəsidir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik bölgələrindən biri olan Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bölgənin tarixinin qədimliyini qalalar, qədim insan məskənləri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət abidələri və nümunələri, qədim sikkələr, məişət əşyaları, həmçinin orta əsrlərə aid memarlıq və heykəltəraşlıq tikililəri sübut edir. Rayonun ərazisi Antik və inkişafın sonrakı dövrlərinə aid çoxlu sayda maddi mədəniyyət qalıqları, tarixi abidələri ilə zəngindir. Bu abidələr sırasında rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub türbəsini (XIII əsr), Aşağı Veysəlli kəndində Mirəli türbəsini (XIV əsr), Əhmədalılar kəndində orta əsrlər qəbiristanlığındakı türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini qeyd etmək olar. Füzuli rayonunun Qarğabazar kəndinin mərkəzindəki karvansaranın tarixi XVII əsrə gedib çıxır. 1681-ci ildə inşa olunmuş karvansaranın eni 23,7 metr, uzunluğu 34,7 metrdir. Tarixdə Qarğabazar karvansarası, bəzən Şah Abbas karvansarası adı ilə xatırlanan bu məkan Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Qarğabazar kəndində Şah Abbas məscidi adlandırılan Hacı Qiyasəddin məscidi də var. Məscidi 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində anadan olmuş Hacı Qiyasəddin Ağa Dizaği tikdirib. Məscid tarixi abidə kimi qorunur.

Rayonun Aşağı Veysəlli kəndində Mirəli türbəsi var. Türbənin Elxanilər dövründə - XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Bundan başqa rayonda Qoçəhmədli, Qacar, Dədəli, Mərdanlı, Böyük Bəhmənli, Yuxarı Veysəlli, Aşağı Diləğarda, Gecəközlü, Qorqan, Bəy Pirəhmədli kəndlərində XIX əsrə aid məscid binaları olub. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, Aşağı Aybasanlı kəndindəki Şeyx İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndindəki Mirəli türbəsi və XII əsr qəbiristanlığı, Qoçəhmədli kəndindəki XVII əsrə aid məscid və yaşayış binası, Horadiz qəsəbəsindəki XIX əsrə aid məscid və İmamzadə türbəsi, Qacar, Böyük Pirəhmədli, Mehdili kəndlərindəki XIX əsrə aid məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri, həmçinin 10-dan yuxarı kurqan tipli arxeoloji abidə erməni vandalları tərəfindən dağıdılıb.
Azərbaycan Ordusunun başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.
Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan edib.
Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa müddətdə Füzuli şəhərinin Baş Planı hazırlanıb, Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və 2021-ci ildə ictimaiyyətə təqdim edilib. Böyük nəqliyyat-logistika potensialına malik olan Füzuli Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Füzuli şəhərinin ümumi sahəsi təxminən 1942 hektardır. Baş plana əsasən, 2040-cı ilə qədər şəhərdə 50 min nəfərin yaşaması nəzərdə tutulur.
Füzuli azad edildikdən sonra genişmiqyaslı bərpa və quruculuq işlərinin mərkəzinə çevrilib. 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Bu sənəd şəhərin müasir standartlara uyğun, ekoloji və sosial cəhətdən davamlı məkana çevrilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Füzuli” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarı kompleksi istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları bu bölgənin iqtisadi cəhətdən canlanmasında mühüm rol oynayıb.
2023-cü il avqustun 18-dən etibarən Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı başladı. İlk mərhələdə 824 ailə (3141 nəfər) doğma yurduna qovuşdu. Böyük Qayıdış Proqramına əsasən, 2026-cı ilin sonunadək Füzulidə 22 min, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insan yaşayacaq. Bu proses dövlətin sosial siyasətinin, vətəndaş rifahına qayğısının və milli həmrəyliyin ən bariz nümunəsidir. Füzulinin bərpası prosesində qardaş ölkələrin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına tam orta məktəb inşa edilmişdir. Bu təhsil ocağı həm maddi, həm də mənəvi yardımla həyata keçirilmiş dostluq nişanəsidir. Eyni zamanda, 2024-cü il martın 12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birlikdə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olmuşdur. Bu layihələr türk dünyasının qardaşlıq əlaqəlarının gücləndiyini və birgə gələcəyə inamın təntənəsinə çevrildiyini göstərir.
Ötən il martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.
Bildirilib ki, Baş plan layihəsinə əsasən 180 çarpayılıq yeni xəstəxana 4,5 hektar ərazidə inşa olunacaq. Xəstəxananın inşasında Qazaxıstanın “BI Group” və bir sıra Azərbaycan şirkətləri iştirak edəcək. Bu tibb ocağında inzibati bina, qəbul, terapiya, kardiologiya, nevrologiya, cərrahiyyə, travmatologiya-ortopediya, oftalmologiya, otorinolorinqologiya, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.
Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq. Müalicə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz ediləcək.
Diqqətə çatdırıldı ki, xəstəxana ilə yanaşı, eyni ərazidə Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Yardım Stansiyası və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi də inşa ediləcək.
Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.
Görüləcək işlər nəticəsində müasir standartlara və memarlıq özəlliklərinə uyğun inşa olunacaq Füzuli şəhəri azad edilmiş ərazilərdə iri şəhərlərdən birinə çevriləcək. Burada "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq. Füzuli şəhərinin 12 hektardan çox olan ərazini əhatə edəcək inzibati mərkəzi isə 3 hissəyə bölünəcək. Böyük Qayıdış planına uyğun olaraq yolların tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, Beynəlxalq Hava Limanlarının inşası, yeni elektrik stansiyalarının istifadəyə verilməsi, ağıllı kəndlərin qurulması prosesi sürətlə gedir. Əminliklə söyləyə bilərik ki, Füzulidə görülən işlər gələcəyə inamın təntənəsidir.

Ramil Qurbanov
YAP Qazax rayon təşkilatının partiya veteranı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri