Icma.az
close
up
RU
Ümidləri və arzuları oğurlayan cinayət...

Ümidləri və arzuları oğurlayan cinayət...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsan alverinə qarşı necə mübarizə aparaq?

İnsan alveri müasir dünyanın ən ciddi və geniş yayılmış problemlərindən hesab olunur. Bu cinayətin qurbanları arasında qadınlar və uşaqlar daha çox yer alır. İnsan alveri yalnız bir şəxsin qanunsuz şəkildə başqa bir yerə aparılması deyil, insanların ümidlərindən, çarəsizliyindən və daha yaxşı həyat arzularından istifadə edərək onları məcburi əmək, istismar və zorakılıq mühitinə sürükləyən mürəkkəb və təhlükəli bir sistemdir.

Dünyanın bir çox ölkəsində rast gəlinən bu problemə qarşı mübarizəni gücləndirmək məqsədilə beynəlxalq konvensiyalar, protokollar, dövlətlərarası əməkdaşlıq sazişləri və digər hüquqi sənədlər qəbul edilir. Həmin sənədlərdə insan alverinin qarşısının alınması və onunla səmərəli mübarizə aparılması üçün dövlətlər arasında sıx əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyi xüsusi vurğulanır.

İnsan alverçiləri çox vaxt öz cinayətlərini gizlətmək üçün saxta iş təkliflərindən, yüksək gəlir vədlərindən, xaricdə parlaq gələcək arzularından istifadə edirlər. Beləliklə, insanların etibarını qazanaraq onları nəzarət altına almağa çalışırlar. Məhz buna görə də bu cinayət növü ilə mübarizədə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin diqqətli və məsuliyyətli olması böyük əhəmiyyət daşıyır.

32 milyard dollar gəlir...

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, dünyada insan alverindən gələn gəlir təxminən 32 milyard ABŞ dolları təşkil edir. BMT-nin hesabatına görə, hər beş insan alveri qurbanından biri yetkinlik yaşına çatmayan gənclərdir. Bu qurbanların sayının artmasına əsaslanaraq, bir çox ölkədə insan alveri ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün normativ hüquqi aktlar qəbul edilib.

Hər üç qurbandan biri uşaqdır...

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesablamasına görə, hər il 1,2 milyon uşaq uşaq alverinin qurbanı olur. Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır. İnsan alverinin qurbanı olan hər üç uşaqdan ikisi qızlardır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamasına görə, məcburi əməyə məruz qalanların 40 -50 faizi 18 yaşınadək olanlardır.

İnsan alveri necə baş verir?

İnsan alverində əsas məqamlardan biri qurbanın istismara cəlb edilməsidir. Qurbanları cəlb edən şəxslər onlara çoxlu yalan vədlər edirlər. Bəzi hallarda qurban nə işlə məşğul olacağını əvvəlcədən bilir, amma hansı şərtlərlə qarşılaşacağını təsəvvür etmir. İnsanları istismara cəlb edənlər tez-tez KİV-də yalançı elanlar verir, internetdə saxta saytlar açır, bəzən isə saxta işəgötürmə agentlikləri də yaradırlar. Onlar uşaq dayələri, xəstə baxıcısı, evlərə yardımçı, ofisiant, model, rəqqasə və s. işlər təklif edirlər. Verilən vədlər çox inandırıcı və cəlbedici olur. İnsanları belə işlərə cəlb edənlər, onların yaxın dost, rəfiqə və hətta qohumları da ola bilərlər.

Qurban hansı təzyiqlərlə üzləşir?

Qurban azad hərəkət edə bilmir, onu adətən borc tələsinə salır və işləyərək, onun üçün ödənilən pulların əvəzini çıxmağa məcbur edirlər. Nəticədə, pulun miqdarı getdikcə artır, üstünə faizlər, qurbanın saxlanılması üçün xərclənən pullar, müxtəlif cərimələr gəlir. Qurbanın sənədləri alınır, sərbəst hərəkət etməsinə və yaxınları ilə ünsiyyət qurmasına qadağalar qoyulur.

Hansı hallar insan alveri hesab olunur?

Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” 16 may 2005-ci il tarixli Varşava Konvensiyasında “insan alveri” anlayışı belə təsbit olunub: İnsan alveri dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən sui-istifadə etməklə şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür.

Yeri gəlmişkən, Azərbaycan da bu konvensiyaya qoşulub və sənəd 11 may 2010-cu ildə təsdiq edilib. Bu gün - iyulun 30-u İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Ölkəmizdədə insan alverinə qarşı mübarizə geniş vüsət alıb. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. Prezidentin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”hazırlanıb.

Necə mübarizə aparmalı?

Hər şeydən əvvəl maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var. Bu cinayətlə mübarizənin yollarından biri də qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsidir. İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi vacib şərtdir. Təkcə cəmiyyətdə deyil, potensial qurbanlar arasında da maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Qurbanlar onları gözləyən təhlükə, müdafiə tədbirləri və hüquqi baza barədə məlumatlı olmalıdırlar. Ən əsası, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi çox vacibdir. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir...

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyul 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri