Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi Yaqub Mahmudov yazır

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yer kürəsində tarixi inkişafın müasir səviyyəyə yüksəlişində dövlət halında birləşməyə nail olmuş xalqlar mühüm rol oynamışlar.
Dünyada mövcud olmuş xalqların böyük əksəriyyəti dövlət yarada bilməmiş, buna görə də onların bir çoxu xarici təcavüzlərə tab gətirə bilməyərək tarix səhnəsindən silinib getmişlər.
İşğalçı dövlətlərin, xüsusilə müstəmləkəçi imperiyaların xüsusi məqsədlə həyata keçirdikləri etnik-dini ayrı-seçkilik siyasəti, sürgünlər və soyqırımları nəticəsində dünya xalqlarının xeyli hissəsi assimilyasiyaya uğradılmış, hakim xalqların tərkibində əriyib yox olmuşlar.
Asiya, Afrika, Amerika və Avstraliyanın ən qədim sakinləri olan bir çox tayfa və xalqların kütləvi surətdə məhv edilməsi və onların tarixi torpaqlarının zəbt olunmasının ilk qanlı səhifələrinə Böyük Coğrafi kəşflər dövründə başlandı.
Böyük Coğrafi kəşflərin gedişində dünyanı öz aralarında bölüşdürməyə başlayan qərb müstəmləkəçiləri, həm də, Roma papalarının təşəbbüsü və fəal iştirakı ilə işğal olunmuş ölkələrin əhalisinin xristianlaşdırılmasına da başladılar.
Avropadan başlayan müstəmləkə işğalları dünyanın ən qədim mədəniyyət mərkəzləri olan və insanlığın müasir tərəqqi səviyyəsinə yüksəlişinin əsasını qoymuş Şərq ölkələri və xalqlarının tarixi inkişafına ağır zərbə vurdu.
Azərbaycan xalqı tarixin ən qədim çağlarından başlayaraq, yaxın qonşular da daxil olmaqla, dünyanın ən böyük imperiyalarının, ən qüdrətli fatehlərinin aramsız hücumlarına, bəzən də uzunsürən işğal rejimlərinə məruz qalsa da, özünün etnik-siyasi varlığını qoruyub saxlaya bildi. Bunun başlıca səbəbi Azərbaycan xalqının sarsılmaz dövlət idarəçiliyi mədəniyyətinə malik olmasıdır.
Azərbaycan xalqı dünyanın ən qədim və ən zəngin dövlətçilik mədəniyyətinə malik olan tək-tək xalqlarından biridir.
Şərqdə ən qədim sivilizasiyaların ayaq açıb yeriməyə başladığı ərazidə – Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və İran körfəzi arasındakı regionda geniş və münbit torpaqları əhatə edən Azərbaycan Babilistan, Misir, Hindistan və Çinlə yanaşı qədim Şərqin ən qədim dövlətlərinin yarandığı tarixi məkanlardan biridir.
İlk dövlət qurumlarının hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərində formalaşmağa başlamış olduğu Azərbaycan Yer kürəsində dövlətçilik mədəniyyətinin ən qədim mərkəzlərindən biridir.
Azərbaycan dünyanın olduqca azsaylı ölkələrindən biridir ki, bu diyarda ilk tayfa birliyindən başlamış ən müasir demokratik, hüquqi və dünyəvi respublikaya qədər dövlət idarəçiliyi mədəniyyətinin bütün mərhələləri tarixi ardıcıllıqla bir-birini əvəz etmişdir.
Azərbaycan xalqının, habelə digər türk xalqlarının tarixində quldarlıq bir sistem kimi formalaşmamış və quldar dövlətləri də mövcud olmamışdır.
Azərbaycanın dövlətçilik tarixi 5 min ildən artıq bir tarixi dövrü əhatə edir.
Tarixi Azərbaycan torpaqlarında ilk dövlət qurumları – Qutilər, Lullubilər və Turukkilərin tayfa birlikləri e.ə. IV minilliyin sonu - III minilliyin əvvəllərində formalaşmağa başlamış, bunun ardınca Manna, İskit və Massaget şahlıqları, Atropatena və Albaniya kimi mükəmməl idarəçilik sisteminə malik dövlətlər yaranmışdır.
İslamın qəbulundan sonrakı dövrdə Azərbaycan-türk sülalələrinin idarə etdiyi geniş ərazili dövlətlər (Sacilər dövləti, Azərbaycan Atabəylər dövləti, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları) təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın, həmçinin Yaxın və Orta Şərqin etnik-siyasi, iqtisadi və mədəniyyət tarixində mühüm rol oynamışlar.
Dahi Azərbaycan sərkərdəsi, Hindistan fatehi Nadir şahın yaratdığı Əfşarlar İmperiyası Hindistan və Türküstanı da özündən asılı vəziyyətə salmışdı.
Azərbaycan xalqı dünyanın dövlətçilik tarixində, Birinci Dünya müharibəsinin doğurduğu olduqca mürəkkəb tarixi şəraitdə, insan haqlarını ən dolğun təmin edən və bütün Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti kimi mütərəqqi dövlət qurumu yaratmağa nail olmuşdur.
Azərbaycan dövlətçilik tarixinin ən nadir faktlarından biri də budur ki, olduqca zəngin təbii sərvətlərinə, hərbi-strateji məntəqə kimi çox mühüm önəminə görə və beynəlxalq karvan yollarının qovşağında yerləşdiyi üçün bu diyarı Əhəməni və Sasani İran imperiyaları, Ərəb Xilafəti, Osmanlı dövləti, çar Rusiyası kimi böyük dövlətlər, II Kir, Makedoniyalı İskəndər, Əmir Teymur və I Pyotr kimi cahangirlər ələ keçirməyə çalışsalar da, onların bu niyyəti baş tutmadı. Əhəmənilərin, Sasanilərin, Xilafətin, İran-fars şovinistlərinin yeritdikləri assimilyasiya siyasəti, çar Rusiyası və Sovet-bolşevik rejiminin həyata keçirdiyi repressiyalar, soyqırımları və sürgünlər də Azərbaycan xalqını sarsıda bilmədi və onun qədim dövlətçilik ənənələrinin məhv edilməsi ilə nəticələnmədi.
Fikrimizcə bu, dünya dövlətçilik tarixinin ən nadir faktıdır. Dünyanın heç bir ölkəsi, heç bir xalqı bizim ölkəmiz və bizim xalqımız qədər xarici ölkələrin, xüsusilə qüdrətli imperiyaların və qanlı cahangirlərin hücumlarına məruz qalmamışdır. Lakin onların heç biri idarə olunmaq deyil, idarə etmək ənənələrinə malik olan, güclü dövlətlər və böyük imperiyalar qurmuş Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini məhv edə bilməmişdir. Azərbaycan xalqı tarixin bütün sərt sınaqlarından şərəflə çıxmış, öz dövlətçilik ənənələrini məhv olmağa qoymamış, müstəqilliyini dönə-dönə bərpa etməyi bacarmışdır.
Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev kommunist rejiminin hökmranlığı dövründə çox ağır maneələrin və çətinliklərin üzərindən keçərək xalqımızın milli dövlətçilik ənənələrini davam etdirdi. Ulu Öndər sovet rejimi dağıldıqdan sonra ən müasir hüquqi, demokratik və dünyəvi dövlət – Azərbaycan Respublikasını qurub doğma xalqına ərmağan etdi.
Bu gün Arazdan şimalda – tarixi torpaqlarımızın bir hissəsini əhatə edən Azərbaycan Respublikası çağdaş dünyamızın böyük dövlət xadimi İlham Əliyevin başçılığı altında Azərbaycanın qədim dövlətçilik ənənələrini uğurla davam etdirir. Dahi Heydər Əliyevin zəfər yürüşünü uğurla davam etdirən Azərbaycan Prezidenti erməni-faşist işğalçılarını Qarabağdan qovub çıxararaq Xankəndi şəhərində müqəddəs dövlət bayrağımızı ucaltdı. Şanlı Ordumuza rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın son 200 illik tarixi ərzində ilk dəfə qazanılan bu misilsiz qələbə ilə tarixə Qarabağın xilaskarı kimi daxil oldu və Azərbaycanın yüzillər boyunca yetişdirdiyi xalq qəhrəmanları sırasında ən uca zirvəni fəth etdi.
Yaqub Mahmudov,
AMEA-nın müşaviri, akademik
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri