Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Xalqımızın təşəkkülü prosesi necə baş verib? Yaqub Mahmudov yazır

Xalqımızın təşəkkülü prosesi necə baş verib? Yaqub Mahmudov yazır

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalqımızın təşəkkülü prosesi necə baş verib? - Yaqub Mahmudov yazır

Eramızdan əvvəl ölkəmizin ən qədim yerli əhalisi (aborigenləri) olan, eramızın ilk yüzilliklərində isə əksəriyyət təşkil edən, həm də hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid Azərbaycan xalqının təşəkkülü prosesində həlledici rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. İlk oğuzlar, başqa türk tayfaları kimi, ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə Səlcuq axınlarından çox əvvəl, qədim türklərin “Dəmir qapı” adlandırdıqları Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ aşırımlarından, o cümlədən Azərbaycan Respublikasının Qax rayonundakı Hun belindən və müasir Gürcüstan ərazisindəki Dərəyolu (Daryal - Y.M.) aşırımından keçərək yayılmışdılar. Oğuz müqəddəsi Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin məlumatları, qədim Dərbənddəki Bayat məhəlləsi, Bayat kəndi, Dərbəndin qala divarlarındakı qapılardan birinin – cənub qapısının Dədə Qorqudun mənsub olduğu Bayat elinin (oğuz tayfası bayatların) adı ilə “Bayat qapısı” adlanması və digər təkzibedilməz tarixi faktlar bunu sübut edir.

Avrasiyanın geniş ərazilərində məskunlaşmış qədim türklər, o cümlədən oğuzlar ümumtürk məkanının şimalı ilə cənubunu, yəni Qıpçaq düzü ilə Cənubi Qafqazı əlaqələndirən mühüm keçid olan Dərbəndi – “Dəmir qapı”nı daim öz əllərində saxlamağa çalışırdılar.

Başqa ilk mənbələrlə yanaşı, oğuz türklərindən olan ağqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1453-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı “Kitabi-Diyarbəkriyyə” adlanan Oğuznamədə verilən faktlar da oğuz türklərinin, o cümlədən xalqımızın soykökündə duran ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biri olduğunu sübut edir. Göstərilən müəllif Uzun Həsənin böyük babası – Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin tərkibinə daxil olan əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın Göyçə dənizi (indiki Göyçə gölü - Y.M.) ətrafında vəfat etdiyini göstərir. Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada - Göyçə dənizi ətrafında vəfat etməsi faktı bu diyarın ən qədim oğuz-türk məskənlərindən biri olduğunu sübut edir.

“Kitabi-Diyarbəkriyyə”nin müəllifi Oğuzun nəvəsi xanlar xanı Bayandır xaqanın da “Qarabağ qışlağı və Göyçə dənizi yaylaqlarında ömür sürdüyünü”, burada “böyük bir qurultay çağırıb, məmləkəti oğlanları arasında qabiliyyətlərinə görə bölüşdürdükdən sonra Allahın dəvətini qəbul etdiyini” yazır. Əbu Bəkr əl-Tehrani əl-İsfahani təsdiq edirdi ki, ağqoyunlu Qara Yuluk Osman bəyin 20-ci babası Sunqur bəy Məhəmməd peyğəmbərin müasiri idi. O, Alagöz və Göyçə dənizi yaylaqları tərəfdəki sərhədlərdə “kafirlərlə müharibə etmiş” və döyüşlərdən birində həlak olmuşdu. Qara Yuluk Osman bəyin 14-cü babası Şəktur xan Əlincə qalası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, onu “kafirlərin” əlindən geri almışdı. Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq xan da Əlincə qalası uğrunda “kafirlər”lə müharibələr aparmış, onları məğlubiyyətə uğradaraq qalanı azad etmişdi.

“Kitabi-Dədə Qorqud” boyları ilə səsləşən, Məhəmməd peyğəmbərin dövründən əvvəl və Peyğəmbərin zamanında, Xilafət işğalları zamanı cərəyan etmiş hadisələrlə üst-üstə düşən bütün yuxarıda göstərilən faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın öz güclü dövlətçilik və müstəqillik ənənələrini qoruyub saxladığını da sübut edir.

Bəhs etdiyimiz dövrdə Azərbaycan formalaşmaqda olan ilk Oğuz dövlətinin tərkibinə daxil idi. Alban türklərinin yaşadığı və elmə “Albaniya” adı ilə daxil edilən Şimali Azərbaycanın bütün geniş əraziləri, xristianlığın yayılmış olduğu bəzi qərb bölgələri istisna olmaqla, Oğuz türkləri tərəfindən idarə olunurdu. Oğuz qəhrəmanları Azərbaycanda İslam dininin yayılmasında fəal iştirak edirdilər. “Kitabi-Dədə Qorqud” boyları İslamın yayılmasında iştirak edən Oğuz qəhrəmanlarının Peyğəmbərimizlə görüşüb xeyir-dua aldıqlarını da təsdiq edir. Beləcə, İslam dininin qəbulu vahid Azərbaycan xalqının təşəkkülü prosesinin başa çatmasında mühüm rol oynadı.

Türk tayfaları, başqa etnoslar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə - həm şimalına, həm də cənubuna geniş yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də, eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca çox olmayan qeyri-türk etnosları və etnik qrupları arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də ölkənin şimalı ilə cənubu arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüşün – təkallahlı dinin formalaşması hələ başa çatmamışdı. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş – Tanrıçılıq geniş yayılsa da, hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində (əsasən, dağlıq-qərb bölgələrində) həm türk (əsasən də qıpçaq türkləri), həm də qeyri-türk etnosları arasında xristianlıq yayılmaqda idi. Lakin müstəqil Azərbaycan-Alban kilsəsi ölkə ərazisinə müdaxilə etməyə çalışan erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

Bu mürəkkəb tarixi şəraitdə güclü və aparıcı hərbi-siyasi qüvvəyə çevrilən çoxsaylı türk etnosları Azərbaycan dövlətçiliyinin əsas daşıyıcıları idilər. Hələ bütün ölkə ərazisini əhatə edən vahid təkallahlı dinin olmadığı bir dövrdə məhz türk etnosları və türk dili, şimallı-cənublu, bütün ölkə ərazisində birləşdirici rol oynayırdı. İslam dininin qəbulu isə bütün çoxsaylı türk etnoslarının, habelə qeyri-türk etnik qruplarının vahid xalq halında formalaşmasında mühüm rol oynadı.

Türk etnosları, xüsusilə formalaşmaqda olan ilk Oğuz dövləti, hələ Səlcuq axınlarından çox əvvəl, Azərbaycan dövlətçiliyinin və ölkənin müstəqillik ənənələrinin qorunub saxlanmasında da aparıcı rol oynayırdılar.

Yaqub Mahmudov,
AMEA-nın həqiqi üzvü

Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 21 Avqust 2026 04:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri