Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fevralın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, “Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” adlı tədbirdə iştirak etmək üçün Naxçıvana səfər edən Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti, Ali Məclisin deputatları və Ali Məclis Aparatının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Bu haqda “Xalq” qəzetinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.
Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Muzeydə Ulu Öndərin zəngin dövlətçilik irsi, çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, burada Ümummilli Liderin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur.
Səbuhi HƏSƏNOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 06 Fevral 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















