Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi daima qəlblərimizdə yaşayacaqdır

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi daima qəlblərimizdə yaşayacaqdır

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə Dövlət Universiteti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib.  Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunda   təşkil edilən konfransda öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər, dahi şəxsiyyətin ruhunu hörmətlə anıblar.

Daha sonra öz işinə başlıyan konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda həmçinin Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov konfransda  giriş sözü ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən,  Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Rektor qeyd edib ki,  Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Məhz elə buna görə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi daima qəlblərimizdə yaşayacaqdır.  Daim azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib.  30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Aparılan uzaq görən və uğurlu siyasət nəticəsində tez bir zamanda tarixi torpaqlarımız olan Qərbi Azərbaycana da soydaşlarımızın  qayıdışı təmin ediləcəkdir.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” adlı məruzəsində diqqətə çatdırıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi müasir tariximizdə dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycana müstəqillik, dövlətçilik, suverenlik və milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi. Ölkədə sülh və sabitlik bərqərar olundu, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaradıldı, təhsilin və mədəniyyətin yüksəlişi təmin edildi.  Ulu Öndər Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Ölkəmizin beynəlxalq nüfuzu sürətlə yüksəldi.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Millət vəkili Pərvin Kərimzadə  “Azərbaycan müstəqillik illərində:  Qurtuluşdan Zəfərə” adlı çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda dahi rəhbərin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açıb.  Bildirib ki, Ümummilli Lider Heydər ƏIiyevin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək əzmkarlıq və yaradıcılıqla davam etdirilir. Ölkəmiz beynəlxalq münasibətlər məkanında liderlik mövqeyində dayanıb. Artıq Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da tam təmin edilib.

Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə isə  “Azərbaycanı dünyaya tanıdan lider” adlı məruzəsində vurğulayıb ki,  Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu inkişaf edən, milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb. Dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə daxil edib. Millətin məhəbbətini qazanan Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Konfransda Kimya-biologiya fakültəsinin tyutoru Lalə Ələkbərovanın  “Ulu Öndər Heydər Əliyev ideyaları işığında”, Fizika və texniki fənlər fakültəsinin birinci kurs tələbəsi Ülviyyə Məmmədlinin “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı məruzələri dinlənilib. Filologiya fakültəsinin dördüncü kurs tələbəsi Nigar Məmmədova isə “Heydər” şerini söyləyib.

Konfransda Humanitar məsələlər üzrə prorektor,  dosent Gülsüm Fətəliyeva sonda çıxış edərək Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən bəhz edib. Prorektor nəzərə çatdırıb ki, xalqımız Ümummilli Lider  Heydər Əliyevin əziz xatirəsini daim ehtiram və minnətdarlıqla yad edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri