Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Rəqəmsal rənglər” sərgisi açılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 may, AZƏRTAC
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “NigART” Rəsm Məktəbinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Rəqəmsal rənglər” adlı rəsm sərgisi açılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan “NigART” Rəsm Məktəbinin direktoru Nigar Qurbanova sərgidə 42 uşağın əl işlərindən ibarət rəsmlərin nümayiş olunduğunu qeyd edib.
4SİM-in icraçı direktoru Fariz Cəfərov sərginin keçirilməsində məqsədin uşaqların süni intellekt, robotexnika və innovasiyamövzularına marağını artırmaq olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin təhsilə, incəsənətə və gənc nəslin inkişafına həmişə xüsusi diqqət ayırdığını vurğulayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov rəsmlərdə süni intellektin müxtəlif sahələrdə tətbiqi imkanlarının şagirdlər tərəfindən uğurla təsvir edildiyini bildirib.
Sonda balaca rəssamlara sertifikatlar təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 19 May 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















