Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiramımız əbədidir!

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiramımız əbədidir!

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev xalqın yaddaşına əbədi həkk olub. Tarixi şəxsiyyətlər həm də bəşəri əhəmiyyətli əməlləri, işləri ilə millətin sevgisini qazanırlar. Bu mənada müasir Azərbaycanın memarı, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş, tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissilə xatırlayacağımız tarix yaradan şəxsiyyətdir.

Azərbaycana rəhbərliyinin ilk dönəmində - 1969-1982-ci illərdə ulu öndər sanki sovet hökuməti kimi böyük imperiya ilə mübarizə aparmışdır. Çünki 15 respublikanın birləşdiyi SSRİ-də Azərbaycan sıxışdırılan, inkişaf və tərəqqidən geri qalan ölkələrdən idi. Heydər Əliyevin əzmkar və düşünülmüş siyasi fəaliyyəti nəticəsində qısa zaman içində Azərbaycan sosial-iqtisadi inkişaf mərhələsinə yüksələn respublikaya çevrildi. Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. O, hər zaman ölkəsinin, dövlətinin müdafiəsinə qalxır, xalqının hüquqlarını qoruyurdu. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək bu cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır.

Uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq meyillərinin, dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı. Bu böyük insanın yorulmaz səyi nəticəsində azad, müstəqil, müasir Azərbaycan Respublikası yaradıldı.

3 sentyabr 1991-ci ildə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasının nəticəsini meydanlara toplaşan insanlar səbirsizliklə gözləyirdilər. Çünki məhz xalqın xilaskar oğlu Azərbaycanı düşdüyü bəladan, çətin vəziyyətdən xilas edə bilərdi. Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açmaqla müstəqil ölkəmizin işıqlı gələcəyini təmin etdi. Heydər Əliyevin xalqın təkidli istəyi ilə ikinci dəfə Azərbaycana hakimiyyətə qayıdışı tarixi hadisə idi. Müdrik siyasəti, dönməz əqidəsi və uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olan Heydər Əliyev respublikamızın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoymaqla varlığımızın əbədi qarantı oldu. Onun ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Çünki xalq ən ağır günlərini yaşadığı bir zamanda dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Fəaliyyətinin ilk günündən xalqına arxalanan ulu öndər bütün çıxışlarında xüsusi olaraq vurğulayırdı ki, "mənim ən böyük dayağım xalqdır". Rəhbərinə inanan millət ona dəstək verərək həmrəylik nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş birliyi təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı. Ölkədə hökm sürən anarxiyaya, özbaşınalığa son qoyuldu. Bütün istiqamətlərdə Azərbaycan uğurlu inkişaf yolunda addımladı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi. Ölkədə köklü islahatlar həyata keçirildi, xalqımızın gələcək rifahına hesablanmış uğurlu neft strategiyasının təməli qoyuldu, demokratik hüquqi dövlət quruldu. Ən əsası isə Heydər Əliyev Azərbaycanın müstəqilliyini xilas edərək onu əbədi, dönməz və daimi etdi. Ulu öndərin yaratdığı müasir Azərbaycan yeni inkişaf strategiyası sayəsində beynəlxalq aləmdə özünə layiqli yer tutdu. Etibarlı tərəfdaş kimi mövqeyini qorudu.

Ölkəmizdə bütün sahələrdə qazanılan nailliyətlər böyük öndərin gərgin və şərəfli əməyinin, xalqına və vətəninə sədaqətlə xidmətinin nəticəsidir. Ulu öndərin güvəndiyi və inamla arxalandığı qüvvədən biri də Azərbaycan gəncləri idi. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin çağırışına yüzlərlə, minlərlə gənc qoşuldu, ölkənin çətin günündə silaha sarılıb cəbhəyə yollandı. Ulu öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işlər də xüsusi əhəmiyyət kəsb edirdi. 1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının - Horadizin geri qaytarılmasının müəllifi məhz ulu öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən Ali Baş Komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs amal naminə - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir", - deyə ulu öndər qeyd etmişdir.

Bugünkü müstəqil, suveren və böyük inkişaf yolunda inamla addımlayan Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Xalqın, millətin bu dahi şəxsiyyətə, xilaskar oğluna sevgisi, ehtiramı sonsuzdur. Əbədiyaşarlıq qazanmış dahi şəxsiyyət hər zaman Azərbaycan xalqının qəlbindədir. Hər il dekabrın 12-si xalqımız tərəfindən ulu öndər Heydər Əliyevin anım günü kimi ehtiramla qeyd edilir. İllər ötsə də, xalqın yaddaşında əbədi yaşayan qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan dahi şəxsiyyət kimi qalacaq. O, böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Hər zaman mübariz əzmi, qətiyyətli çıxışları, dürüst mövqeyi ilə seçilən ulu öndər özündən sonra bir irs qoyub.

Ceyhun İsgəndərov,

YAP Göygöl rayon təşkilatı üzrə Mollacəlilli kənd ərazi partiya təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri