Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirildi

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirildi

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

8 dekabr 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində, universitet rəhbərliyi və EDU Company Təhsil Şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Xəmsə” Bilik Yarışı – 2024 tədbiri baş tutub. Tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənclər arasında təbliğ etmək və onun mübariz, məqsədyönlü həyat yolunu iştirakçılara örnək olaraq təqdim etmək idi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru cənab Orxan Naqdiyev çıxış edərək Heydər Əliyevin gənclərin inkişafında oynadığı mühüm rolu vurğulayıb. Daha sonra EDU Company Təhsil Şirkətinin direktor müavini cənab Hüseyn Manafov çıxış edərək, belə tədbirlərin Ulu Öndərin irsinin daha geniş auditoriyalara çatdırılmasında əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən xüsusi videoçarx nümayiş olunub. İştirakçılar Heydər Əliyevin zəngin irsi ilə bağlı intellektual suallar və tapşırıqlara cavab verərək, öz biliklərini sınayıblar.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbər heyəti, EDU Company Təhsil Şirkətinin icraçı direktoru cənab Cəlal İsayev və şirkətin idarə heyətinin digər üzvləri iştirak ediblər.
Yarış maraqlı və rəqabət dolu anlarla yadda qalıb. Nəticələrə əsasən:
EDU Company 28 May filialının “Apokalipsis” komandası birinci yeri,
Göyçay filialının “Çinar” komandası ikinci yeri,
Xalqlar filialının “Zəfər” komandası isə üçüncü yeri qazanıb.
Sonda qalib komandalar xüsusi mükafatlarla təltif olunub və tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib. Tədbir iştirakçıları bu cür maarifləndirici və ruhlandırıcı tədbirlərin davamlı şəkildə təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri