Icma.az
close
up
RU
Ümummilli lider ölkəmizi hər mənada zülmətdən işığa çıxardı

Ümummilli lider ölkəmizi hər mənada zülmətdən işığa çıxardı

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Bu gün dövlətlərin qarşısında dayanan kritik məsələlərdən biri enerji təhlükəsizliyinin təmin olunması məsələsidir. Bu amil beynəlxalq münasibətlər sistemində son baş verən hadisələr fonunda daha xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Qloballaşan dünyada enerji məsələsi həm də təmiz və bərpa olunan enerji fonunda da özünü göstərir ki, bu da dövlətləri yeni çağırışlarla üz-üzə qoyur. Bu baxımdan dövlətlər vaxt itirmədən yeni siyasi yanaşmalar ortaya qoymağa, əməkdaşlıq formatlarını işə salmağa başlayarkən, hətta mövcud olan əlaqələri sorğulamaqdan belə çəkinmədi. Buna gətirib çıxardan isə yaranan zəruri ehtiyac oldu. Baş verən hadisələr, mövcud təcrübələr belə zərurət fonunda üz tutulan tərəfləri daha diqqətlə seçməyə sövq etdi. Azərbaycan bu baxımdan etibar göstərilən tərəf kimi seçilərək Pan-Avropa qaz təchizatçısı adlandırılır.

Bu günlərə gəlib çıxmağımız isə asan olmayıb. Keçmişə boylandığımız zaman görürük ki, müstəqilliyin ilk illərində Azərbaycan böyük enerji çatışmazlığı kimi son dərəcə çətin sınaqla üz-üzə qaldı. Belə ağır dönəmdə xalqımızı sözün hər mənasında zülmətdən işığa çıxarmağı bacaran Ümummilli lider Heydər Əliyev oldu. Məhz bu dahi şəxsiyyətin sayəsində enerji sektorunda son dərəcə mühüm addlmlar atıldı və 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının bünövrəsi qoyuldu. Məhz Ulu Öndərin əzmkarlığının nəticəsi idi ki, həmin bu stansiya ilə enerji təminatımız yaxşılaşdırıldı. Mövcud amil sadəcə insanların gündəlik həyat tərzinə müsbət təsir etmədi, həm də sənaye və istehsal müəssisələrinin inkişafı üçün yol açdı.

Həmin bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə icra olunur. Azərbaycan ötən dövrdə energetika sistemini, bu siyasəti yenidən qurmağı bacardı. Bu gün ölkəmizin ən böyük elektrik stansiyası olan 1880 meqavat gücünə malik “8 Noyabr” Elektrik Stansiyasının açılışının baş tutması görülən işlərin nəticəsidir. Bu, dövlətimizin gücünü, eyni zamanda energetiklərimizin gərgin əməyini, onların əzmkarlığını sübut edir. Lüzumsuz enerji sərfiyyatının azaldılması vacib amildir. Dünyanın son dərəcə kritik durumda olduğu müddətdə Azərbaycan sadəcə daxili tələbatı ödəmir, həm də ixracla məşğuldur. Bu addımın isə iqtisadi və siyasi dividentləri ölçüyə gəlməz. Energetika sahəsində beynəlxalq əməkdaşlığımız artır. Burada iki əsas diqqəti çəkən aktor Çin və İtaliyadır ki, bu ölkələr strateji və vacib ticarət tərəfdaş qismində çıxış edirlər.

“8 Noyabr” Elektrik Stansiyasının açılışı enerji istehlakını minimallaşdırmaq, keyfiyyəti yüksəltmək istiqamətində mühüm addımdır. Bu həm də təbii qaza qənaəti artıracaq ki, nəticə etibarilə Azərbaycanın dünya qaz bazarında rolunu yüksəldəcək.

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mərkəzdə dayanan aktordur. Bu da İttifaqın yürütdüyü xarici enerji siyasətində rolumuzu artırır. Biz müharibənin də, təzyiq və təhdidin də, mülki infrastrukturlarımızın, çoxillik əziyyətimizin də təhdidlərlə üzləşməsinin nə olduğunu bilən tərəfik. Azərbaycanın böyük şəhərlərini hədəf taxtası üzərinə qoyan hərbi cinayətkar Ermənistandan fərqli olaraq yürütdüyümüz siyasətlə həm etibarlı tərəfdaş statusunu qazanmışıq, həm də bütün dünyada sabitlik ölkəsi kimi tanınırıq. Bu nəticə cənab Prezident İlham Əliyevin gərgin əməyinin bəhrəsidir.

Şəbnəm HƏSƏNOVA

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 İyun 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri