Icma.az
close
up
RU
Daşaltı cənnəti: Zülmətdən işığa, səfalətdən xoşbəxtliyə!

Daşaltı cənnəti: Zülmətdən işığa, səfalətdən xoşbəxtliyə!

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Düz 1992-ci ildən 2023-cü ilə qədər Şuşa yaxınlığında, necə deyərlər bir addımlığında yerləşən Daşaltı deyiləndə ürəyimiz qarışıq bütün vücudumuz sarsılıb, dözlərimiz dolub, dərindən bir ah çəkmişik.

Tam 33 il əvvəl ermənilərin Karintak adlandırdığı o kəndi də, oradakı erməni və rus yaraqlılarını da lənətləmişik. Çünki, Azərbaycan Ordusunun həyata keçirdiyi, ilk ən böyük və uğursuzluqla nəticələnən Daşaltı əməliyyatı məhz bu kənndə baş vermişdi. Ordumuz 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edən əməliyyatda 100-ə yaxın itki verdi. Sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik etdiyi bu döyüşdə guya düşmənin 80 döyüşçüsü məhv edildiyi deyilsə də , erməni mətbuatı bunu təkzib edərək çox az erməni hərbiçisi öldüyünü yazırdı. Sonuncu varianta çox adam inanırdı. Çünki hücuma keçən Azərbaycan ordusunun əsgərləri Daşaltıda pusquya salınaraq məhv edildi və şəhidlərimiz yaxınlarına belə verilə bilmədi. Çünki öldürülmüş əsgərlərimizi ermənilər buldozerlərlə kütləvi şəkildə basdırmışdılar. Bunu çəkib hər yerdə yayırdılar.
2020-ci ildə 44 günlük müharibədən sonra Daşaltı kəndi işğalçılardan azad olaraq Azərbaycan dövlətinin nəzarətinə keçdi. Elə azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanıldı.
Təməli 2021-ci ildə qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışı bu yaralı, eyni zamanda müqəddəsləşmiş möhtəşəm məkanı indən sonra dərd görməyəcəyinə bir işarə idi. Deməli, məscid iki mərtəbəlidir və eyni anda 150-dən çox insanın ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin 1-ci mərtəbəsi kişilər, 2-ci mərtəbəsi isə qadınlar üçün ayrılıb. Milli memarlıq üslubuna malik İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub.
Məscid binasında köməkçi və dəstəmaz otaqları, imam otağı, icma zalı, işçilərin otağı və yataqxana otaqları nəzərdə tutulub. Binaların və obyektlərin tikinti sahəsi 822 m²-dir.
Məscidin içərisindəki iri həcmli layihə -plan fotolarına baxanda anladım ki, artıq bu kənd kənd kimi deyil, böyük turizm və istirahət zonası kimi istifadə ediləcək. Layihədən aydın görünürdü ki, ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Bu layihələrin həyata keçirilməsi Daşaltı kəndində turist axını cəlb etməyə kömək edəcək.
Əslində Şuşanın ən gözəl , ecazkar təbiətə malik kəndlərindən olan, "qayaaltı" mənasını verən Daşaltı kəndini bir az da cəzbedici edən Daşaltı dərəsindən axan, mənbəyini Qarabağ silsiləsindən götürən buz kimi soyuq və şəffaf Daşaltı çayı, bir də Qarabağın ən önəmli strateji nöqtələrindən biri sayılan, Qarabağ silsiləsinin 2724 metr hündürlükdə yerləşən Böyük Kirs dağıdır.
İşğal dövründə ermənilər bizə məxsus abidə və məbədlərimizə çox zərər vurdular.
Məsələn "Daşaltı körpüsü" adı ilə tanınan körpü 1720- ci ildə inşa edilib və Qarabağın ən baxımlı memarlıq nümunələrindəndir. Şuşa şəhərinin Cıdır düzü meydanından Qarqarçayın axarı istiqamətində, Daşaltı dərəsinin bir hissəsindəki həmin bu qədim körpünün dəfələlərlə "təmir"ini həyata keçiriblər. Oradan qədimliyimizi, bizə mənsub yazıları silmək , yox etmək üçün .
Uzun sözün qısası, bu gözəlliklərin içərisində hər addımı atdıqca , min dəfə Allaha şükür edir, şəhidlərimizə rəhmətlər, qazilərimizə can sağlığı arzulayırdım. Amma ürəyimin içindən gələn bir arzunu da gizlədə bilmirəm: Ümid edirəm, tez bir zamanda Daşaltı uğrunda döyüşlərdə şəhid olan 100 igidimizi əziz xatirəsinə möhtəşəm bir abidə də ziyarətgahımız olacaq. Uzaqda yox, lap elə görünən işğal dövründə tikilən erməni kilsəsinin yerində!

 Əntiqə Rəşid


Daşaltının gözəlliklərini bir də fotolardan görün .

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 İyun 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri