Icma.az
close
up
RU
Ümummilli lideri siyasi olimpə qaytaran yol

Ümummilli lideri siyasi olimpə qaytaran yol

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdi

Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixə düşüb. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar – həm sovet dövründə, həm müstəqillik dövründə.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Əslində, Ulu öndərin bir neçə qayıdışı olmuşdur. O, 20 Yanvar soyqırımına və Mixail Qorbaçovun antitürk siyasətinə etiraz etdiyinə, Sov.İKP sıralarından çıxdığına və ən yüksək dövlət vəzifələrindən istefa verdiyinə görə Moskvada ev dustağı kimi yaşayırdı. O böyük dövlət xadimi həmin təzyiqlərdən xilas olmağın yolunu Azərbaycana QAYITMAQDA görmüş və qayıtmışdı. Ancaq uzun illər yaşadığı və qurub yaratdığı paytaxtda ona “yer tapılmamış”, Naxçıvana QAYITMALI olmuşdu. Qısa müddətdən sonra səbatsız və səriştəsiz iqtidarın uçurumun kənarına gətirdiyi ölkəmizin ziyalıları çıxış yolunu Heydər Əliyevə müraciətdə görmüş və onu Bakıya dəvət etmişdilər. Nəticədə, Ulu öndərin növbəti QAYIDIŞI baş tutmuşdu.

Amma bu qayıdışların hamısı fiziki məna kəsb edirdi. Ümummilli liderimizin siyasi qayıdışı isə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi idi. Tarixçilərin fikrincə, həmin faktla da Ümummilli liderin ölkədə siyasətə qayıdışının təməli qoyulmuşdu. Nəticədə, öncə qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyulmuş, sonra isə – 1993-cü ilin yayından etibarən ümumiyyətlə, ölkəmizdə xilaskarlıq, qurtuluş və vətəndaş müharibəsinin qarşısının alınması istiqamətində titanik addımlar atılmışdır.

Müdriklərin fikrincə, böyük şəxsiyyətlərin dünyaya gəlişi sakit, idarəçiliyə gəlişi mərhələli, idarəçilikdən gedişi xarizmatik, siyasi hakimiyyətə yenidən qayıdışı isə möhtəşəm olur. Bu möhtəşəm qayıdış heç də həmişə yox, yalnız tarixin gedişatının dəyişdiyi məqamlarda baş verir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə nəzər saldığımız zaman biz bu mərhələləri açıq-aydın görürük.

Bu, bir danılmaz faktdır ki, Ümummilli liderin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının rəhbərlərindən biri olmuş, uzun illər Azərbaycan Respublikasına məharətlə rəhbərlik etmiş Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisəsi, xalqımızın itməkdə olan ümidlərinin dirçəlməsi və gələcəyə inamının artması baxımından möhtəşəm dönüş idi.

Həmin dönüşü Ulu öndərin özü bu şəkildə dilə gətirmişdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

O da fəxrlə yada salınmalı faktdır ki, Ulu öndər Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışmış, düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirmişdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmiş, həmin qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi olmuşdu.

Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olunmuşdu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu öndərə sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılmış, Naxçıvanın müdafiə potensialı gücləndirilmiş, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası məhz həmin illərdə Naxçıvanda qoyulmuşdu. Təsadüfi deyil ki, ilk milli hərbi paradımız da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilmişdi. Həmin illərlə bağlı məxsusi olaraq yada salınmalı faktlardan biri də Heydər Əliyevin Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi idi. Məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəyliyi və Birlik Günü haqqında” Qərar qəbul edilmişdi.

Yaxud, Ulu öndərin həmin illərdə mühasirə şəraitində yaşayan Naxçıvanı məhrumiyyətlərdən qurtarmaq məqsədi ilə (1992-ci ildə) qardaş Türkiyə Cümhuriyyətinə və qonşu İran İslam Respublikasına səfərlər etməsi, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanması heç zaman unudulmayacaq tarixi faktlar idi. Nəticədə, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdu.

Naxçıvan Muxtar Respublikasının adından sovet və sosialist sözlərinin çıxarılması da, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması da Ulu öndərin adı ilə bağlıdır. Həmin tarixi faktları xatırlayanda və bugünkü Azərbaycanın dünya miqyaslı uğurlarına nəzər salanda Ümummilli liderin məşhur tezislərini yada salmaq zərurəti yaranır. O, deyirdi: “Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır”.

Diqqət yetirin: “Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür”. Bu gün artıq həmin potensial haqqında “güman edilmir”. Çünki həmin potensial artıq nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın yeni reallıqlarını yaratmışdır. Bugünkü Azərbaycanın hansı guşəsinə baxırsan bax, orada mütləq Heydər Əliyev siyasətinin izlərini görürsən.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri