Icma.az
close
up
RU
Siyasi dialoq: Ümummilli məsələlərdə həmrəylik mühiti...

Siyasi dialoq: Ümummilli məsələlərdə həmrəylik mühiti...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

“Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” adlı dəyirmi masa mühüm siyasi müzakirə platformasıdır

Qlobal miqyasda hökm sürən mürəkkəb şəraitdə Azərbaycanın öz sabit inkişaf trayektoriyasında inamla irəliləməsi olduqca mühüm bir göstəricidir -beynəlxalq müstəvidə regional lider statusu qazanmağımız, geostrateji aktora çevrilməyimiz, xüsusilə post-müharibə dövründə bölgə ilə bağlı proqnozlaşdırılan siyasi proseslərə yön verməyimiz qlobal mühitdə həm nüfuzumuzun artmasına, həm də layiqli yer tutmamıza vəsilə olub. Paralel olaraq daxili arenada yaranan yeni siyasi münasibətlər sistemi, yeni siyasi konfiqurasiya da milli birliyimizin möhkəmlənməsinə, milli gücümüzün daha da artmasına yol açıb. Təbii ki, bütün uğurlar birmənalı şəkildə Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - dövlətimizin inkişaf strategiyası mühüm təməllərə əsaslanır. Bu gün Azərbaycanda heç bir dövlətdə rast gəlinməyəcək reallıq formalaşıb:

- Ölkədə bütün sosial təbəqələrin nümayəndələri dövlət və milli maraq kontekstini ən vacib amil sayır;

- Siyasi konfiqurasiya sağlam ideoloji tarazlığı özündə əks etdirir - milli maraqlar, dövlət maraqları ön planda tutulur;

- Daxili siyasi mühit dövlətin milli birlik simvolu kimi çıxış edir -Azərbaycandakı mövcud sabit və təhlükəsiz siyasi durum həm də siyasi palitranın mövcud reallıqlarda dövlət mənafeyindən irəli gələn addımlara və ya fikirlərə əsaslanmasından qaynaqlanır. Siyasi mühitin milli maraqlar ətrafında sıx birləşməsi, dövlətin inkişaf hədəflərinin düzgün təhlili, strateji inkişaf yolundakı inam və etimad yeni siyasi konfiqurasiyanın üstünlüklərini tam şəkildə özündə ehtiva etmiş olur.

Yeni siyasi konfiqurasiya: Mühüm bir addım...

Dövlətin siyasi mühitlə əlaqələri son illərdə olduqca vacib konturlar üzrə müəyyənləşdirilir. Müxtəlif məsələlər üzrə siyasi fikir mübadiləsi gerçəkləşir - qanunvericiliyin təkmilləşdirilməsi, partiyaların fəaliyyəti üçün zəruri addımların atılması, tam yeni münasibətlər sisteminin formalaşdırılması ölkəmizin inkişafı üçün olduqca vacib əsaslar yaradan amillərdəndir.

Bugünlərdə keçirilmiş “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa bu istiqamətdə olduqca mühüm bir addım kimi yadda qaldı. Qeyd edək ki, görüş siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədi daşıyıb və Prezident Administrasiyası tərəfindən təşkil olunub. Dəyirmi masada Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər.

Yeni reallıqların siyasi mühitin inkişafına verdiyi töhfə

Bəli, yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması dayanır ki, bu da, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtdir. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır: “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabilləri lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir”.

Qeyd edək ki, bu gün siyasi partiyaların siyasi sistemə töhfələr verməsi üçün geniş imkanlar yaradılıb. Parlamentdə çoxpartiyalı sistemin mövcudluğu ölkədə siyasi dialoq mühitinin daha da münbitləşməsində əsaslı rol oynayır. Eyni zamanda, yuxarıda vurğulanan formatda keçirilən və siyasi dialoqun inkişafına xidmət göstərən tədbirlər, görüşlər bu yeni münasibətlər sistemini daha da irəliyə daşıyır.  Tədbirdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühiti təşviq olunur.

Yeni qanun: Partiya sisteminin keyfiyyətcə yeni inkişaf mərhələsi...

Son bir neçə ildə Azərbaycanda aparılan siyasi islahatlar siyasi mühitin inkişafına müsbət mənada mühüm təsirlər göstərib - yeni siyasi reallıqlar yeni çağırışları formalaşdırıb ki, bunlardan biri, bəlkə də ən ümdələrindən sayılan “Siyasi partiyalar haqqında” qanunvericiliyin daha təkmil, dövrün tələblərinə cavab verəcək səviyyədə hazırlanması olub. Qeyd edək ki, ölkəmizdə 2 ildən artıqdır ki, qəbul olunmuş yeni qanunun hazırlanmasında Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də nəzərə alınıb. Qanunun hazırlanması ilə məşğul olan ekspert Komissiyası tərəfindən iyirmi ölkənin bu sahədəki təcrübəsi diqqətlə öyrənilib və araşdırılıb. Qanun layihəsinin hazırlanmasında ölkədə olan siyasi partiyalardan gələn təkliflər də mühüm rol oynayıb. İrəli sürülən təkliflər əsasında qanun layihəsində bir sıra mühüm dəyişikliklər edilib. Bu yeni qanun ölkədə siyasi partiyalar arasındakı münasibətləri də yeni məcraya yönləndirdi - siyasi sistemin formalaşmasında, inkişafında əsas komponent olaraq çıxış edən siyasi partiyalar yenilənmiş, dövrün tələblərinə cavab verən bu qanunvericilik sənədi əsasında özlərinin fəaliyyətlərini müəyyənləşdirdilər.

Tədbirdəki çıxışında yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışarkən bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib.

Seçki bərabərliyi: Demokratik münasibətlərin təzahürü...

Qeyd edildiyi kimi, siyasi partiyalar haqqında yeni qanunun qəbulu, yeni siyasi konfiqurasiyanın formalaşdırılması ölkədə siyasi münasibətlərin tənzimlənməsində mühüm üfüqlər formalaşdırıb. Onsuz da həm Konstitusiya, həm də Seçki Məcəlləsi ölkədəki siyasi qüvvələrə, siyasi təşkilatlara bərabər rəqabət imkanları tanıyır - digər tərəfdən, hakimiyyət atdığı addımlar, verdiyi qərarlarla Azərbaycanda ədalətli seçki keçirilməsində maraqlı olduğunu hər zaman nümayiş etdirir. Çünki demokratik seçki ölkədə sabit vətəndaş cəmiyyətinin inkişafının əsas təməl prinsipi sayılır. Ötən illərdə keçirilən seçkilərin beynəlxalq standartlara cavab verməsi də bunu təsdiqləyir. Seçkilərdə iştirak edən siyasi qüvvələrə bərabər şəraitin yaradılmasının özü demokratik seçki mühitinin inkişafının göstəricilərindən biridir. Siyasi baxışlarından asılı olmayaraq bütün qüvvələrə təbliğat prosesində bərabər şəraitin yaradılması seçicilərin azad seçim etməsində vacib rol oynayır. Azərbaycanda seçkiləri müşahidə edən beynəlxalq missiyalar da ölkəmizdə keçirilən seçkilərdə bütün tərəflərə mübarizə aparmaq üçün bərabər şəraitin yaradıldığını öz rəylərində əks etdirirlər. Paralel olaraq “Siyasi partiyalar haqqında” yeni qanun da partiyaların seçki prosesində iştirakı üçün geniş imkanlar açır. Bu qanun müasir dövrün tələblərinə tam cavab verir və ölkədə fəaliyyət göstərən partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənir.

Dəyirmi masada 2024-2025-ci illərdə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində siyasi partiyaların fəal iştirakı haqqında danışan Ə.Vəliyev partiyaların mütləq əksəriyyətinin seçkilərdə iştirakını demokratik münasibətlərin təzahürü kimi dəyərləndirib və bu iştirakçılığın partiyaların siyasi institut kimi daha da təkmilləşməsinə və inkişafına müsbət təsirlərini qeyd edib.

Qarşılıqlı əlaqə: Dövlətimizin inkişafı üçün...

Qeyd edək ki, baş tutan dəyirmi masa siyasi partiyalarla müvafiq dövlət qurumları arasında mühüm bir körpü rolunu da oynayır - Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının nümayəndələrinin siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinin müxtəlif aspektlərinə toxunaraq, dövlətin mövcud istiqamətdə gördüyü işlər barəsində ətraflı məlumatlar verməsi dövlət ilə siyasi spektr arasındakı əlaqələrin daha da təkmilləşməsinə yol açır. Qeyd edək ki, dəyirmi masada siyasi partiya üzvlərinin reyestrinin aparılması, bu sahədə qanunvericilikdə edilmiş son dəyişikliklər, siyasi partiyaların seçkilərdə fəal iştirakı, partiyalara dövlət büdcəsindən ayrılan maliyyə yardımları, bu yardımların xərclənməsi, hesabatlılıq, partiya sədrlərinin mediadakı fəaliyyəti, onların siyasi dialoqun dərinləşməsi prosesində rolu və digər bu kimi məsələlər də geniş müzakirə olunub.

Ən mühüm prioritet: Milli birliyimiz...

Azərbaycan dövləti ölkədə siyasi fəaliyyətlə məşğul olmaq istəyən bütün vətəndaşlar üçün imkan və şərait yaradır. Siyasi partiyalara dövlət tərəfindən maliyyə ayrılır, eyni zamanda, siyasi partiyalar ofislə təmin edilirlər. Vurğulandığı kimi, seçki prosesində siyasi palitranın bütün üzvlərinə bərabər şərait yaradılır. Təbii ki, siyasi partiyalar da öz fəaliyyətlərində mühüm məqamları ön planda saxlamalıdırlar - milli maraqların qorunması, milli birliyin və həmrəyliyin daha da gücləndirilməsi. Bu prinsiplər siyasi-ideoloji düşüncəsindən, fərqli baxışından asılı olmayaraq bütün partiyalar üçün əsas prioritet kimi qəbul edilməlidir. Qeyd edək ki, adıçəkilən dəyirmi masada çıxış edən partiyaların nümayəndələri də birmənalı olaraq bəyan ediblər ki, milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olması zəruridir. Tədbirdə çıxış edən siyasi partiyaların sədrləri və təmsilçiləri ümummilli məsələlərdə hər zaman açıq əməkdaşlığa hazır olduqlarını bildirərək cəmiyyətin parçalanmasına yönəlmiş istənilən təxribatı sərt şəkildə qınayıblar.

Xatırladaq ki, dəyirmi masada 24 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Ana Vətən Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, REAL Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Vəhdət Partiyası, Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, AĞ Partiyası, Azad Vətən Partiyası, Müasir Müsavat Partiyası, Gələcək Azərbaycan Partiyası və Yeni Zaman Partiyasının nümayəndələri iştirak ediblər. Eyni zamanda, tədbirdə siyasi ekspertlər, ictimaiyyət nümayəndələri, elm adamları və media təmsilçiləri də təmsil olunublar.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see138

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see127

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri