Ümumrespublika seminarı Gəncədə FOTO İdman və Biz
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.
İdman.biz xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Gəncə şəhərində keçirilib.
Tədbirdə bu şəhərin, eləcə də Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy və Samux rayonunun güləş üzrə məşqçi-müəllimləri iştirak edib. Seminarın həm nəzəri, həm də praktiki hissəsi Gəncə İdman Liseyində baş tutub. Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin rəisi Vüqar Xəlilov artıq ənənəvi şəkildə keçirilən seminarın güləşin inkişafında böyük rol oynadığını deyib. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev yarış qaydalarından, çəki dərəcələri, xalçadan çıxma və s. mövzudan danışıb. Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Nazim Əlicanov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Nazim Əhmədov yığma komandalara cəlb edilən güləşçilərin fiziki hazırlığı, çəkisalma və çəkidəyişmə problemlərinə diqqət ayrılıb. Daha sonra I-S kateqoriyalı referi Sədi Quliyev video görüntülərlə müxtəlif görüşlərdə verilən hakim qərarlarını şərh edib.
Tədbirin praktiki hissəsində N.Əlicanov sərbəst güləş, N.Əhmədov isə yunan-Roma güləşi üzrə məşq keçib.
Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Tərtər şəhərində keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 27 Noyabr 2024 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















