Icma.az
close
up
RU
UN Habitat İçərişəhərdə sakinlər və turistlər arasındakı balansı araşdırır

UN Habitat İçərişəhərdə sakinlər və turistlər arasındakı balansı araşdırır

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin Məskunlaşma Proqramı İçərişəhərdəki sakinlər və turistlər arasındakı həssas balansı araşdırır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ofisinin rəhbəri Anna Soave Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü çərçivəsində təşkil olunan paneldə bildirib.

A.Soavenin sözlərinə görə, UN-Habitat yerli sakinlərin ehtiyacları ilə ziyarətçilərin tələbatları arasındakı həssas balansı qorumaq üçün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə dialoqa başlayıb: "İçərişəhər Bakının tarixi məhəlləsidir. UN-Habitat-ın fəaliyyəti əsasən mənzil təminatı ətrafında cəmləşib. Beynəlxalq təcrübə göstərir ki, tarixi evlər yalnız qısamüddətli kirayə obyektlərinə və ya qonaq evlərinə çevrildikdə, bir çox sakin iqtisadi təzyiqlər səbəbindən oradan uzaqlaşmalı olur. Onlarla birlikdə ziyarətçilərin görməyə gəldiyi həmin canlı həyat mühiti də itir. Məkanların həqiqi dəyərini qorumaq istəyiriksə, bu məsələyə xüsusi diqqət yetirməliyik".

Ofis rəhbəri əlavə edib ki, bu problemlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin UN-Habitat-ın dəstəyi ilə həyata keçirdiyi Azərbaycanın Milli Şəhərsalma Siyasəti çərçivəsində ünvanlanır: "Sözügedən siyasət torpaq və mənzil təminatı, mobillik, iqtisadi inkişaf və investisiya kimi mühüm məsələləri uzunmüddətli məkan baxışı ilə bir araya gətirir".

O qeyd edib ki, turizmin inkişafında əsas məsələ gələn turistlərin sayından çox, onların baş çəkdikləri məkanlarda yaratdıqları dəyərdən ibarətdir: "Yəni onlar nə qədər qalırlar, nəyə investisiya qoyurlar, nəyə pul xərcləyirlər. Yeni dövlət proqramında kiçik və orta sahibkarlığın qeyd olunduğunu eşidəndə bunun çox vacib olduğunu düşünürəm. Dövlət-özəl tərəfdaşlığı da investisiyaların yatırılması üçün mühüm məsələdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Sentyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri