Icma.az
close
up
RU
Un məmulatları bahalaşa bilər Açıqlama

Un məmulatları bahalaşa bilər Açıqlama

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahının məlumatına əsasən, Azərbaycanda indiyədək ölkə üzrə payızlıq taxıl sahələrinin 86%-də biçin başa çatıb.Mövsüm ərzində 827 625 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 877 903 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 sent/ha çoxdur.
Taxıl məhsuldarlığındakı artım un və un məmulatlarının qiymətlərinə təsir göstərə bilərmi?
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli məhsuldarlığın artmasının, ilk növbədə, istehsalın maya dəyərinin aşağı düşməsi olduğunu söyləyib.
Onun sözlərinə görə, əgər məhsuldarlıq 5% artıbsa, bu, ən azı xərclərin də 5% azalması anlamına gəlir: 
"Hətta bəzi hallarda məhsuldarlığın artımı xərclərə daha böyük təsir göstərir. Çünki istehsalda müəyyən sabit xərclər mövcuddur və məhsul həcmi artdıqca həmin xərclər daha çox məhsulun üzərinə bölünür. Nəticədə maya dəyəri azalır. Lakin bu, qiymətlərin mütləq ucuzlaşacağı anlamına gəlmir. Hazırkı şəraitdə maya dəyərinin azalması daha çox fermer və istehsalçıların mənfəət marjasını artıracaq. Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan ərzaqlıq buğda ilə özünü tam təmin etmir. Ölkənin ərzaqlıq buğdaya olan tələbatının təxminən 25%-i yerli istehsal hesabına ödənilir, qalan 75%-i isə idxal olunur. Məhsuldarlıq statistikalarında yalnız ərzaqlıq buğda deyil, həmçinin arpa və yemlik məqsədlər üçün istifadə olunan aşağı sortlu buğdalar da nəzərə alınır. Buna görə də ümumi taxıl istehsalının artması ərzaqlıq buğda bazarında ciddi dəyişiklik yaratmır. Buğdanın qiyməti əsasən dünya bazarında formalaşır. Neft və qızıl kimi, buğda da beynəlxalq bazarın qiymətlərindən asılıdır. Azərbaycan bazarı da bu qiymətlərə həssasdır, çünki daxili tələbatın böyük hissəsi idxal hesabına ödənilir. Əgər idxal olunan Rusiya və ya Qazaxıstan buğdasının qiyməti müəyyən səviyyədədirsə, yerli buğdanın qiyməti də ondan ciddi şəkildə aşağı formalaşmır”.
İqtisadçı həmçinin qiymətlərin müəyyənləşməsində yalnız dünya bazarı deyil, logistika xərcləri, daşıma, valyuta məzənnəsi və digər amillər də mühüm rol oynadığını əlavə edib: 
"Son dövrlər nəqliyyat və logistika xərclərinin artması bütün məhsulların maya dəyərinə təsir edir. Buna görə də məhsuldarlığın yüksəlməsi fonunda belə qiymətlərin enəcəyini gözləmək doğru olmaz. Bundan əlavə, un və çörək məhsullarının maya dəyəri yalnız buğdadan ibarət deyil. İstehsal prosesində emal, qablaşdırma, daşınma, əməkhaqqı, kommunal və enerji xərcləri də mühüm paya malikdir. Təxmini hesablamaya görə, buğdanın payı ümumi maya dəyərinin təxminən yarısını təşkil edir. Buğdanın qiymətində 5%-lik ucuzlaşma baş versə belə, son məhsulun ümumi maya dəyərinə təsiri cəmi 1–2% səviyyəsində ola bilər. Digər tərəfdən isə əməkhaqqı, logistika və digər xidmət xərcləri inflyasiya səbəbindən artmaqda davam edir və bu artım buğdadakı ucuzlaşmanın təsirini kompensasiya edir. Məhsuldarlığın artması istehsal xərclərinin azalmasına müsbət təsir göstərsə də, hazırkı şəraitdə bunun əsas faydası fermer və istehsalçıların gəlirlərinin artması olacaq. Azərbaycanda inflyasiya mühiti, qeyri-material xərclərinin yüksəlməsi və ərzaqlıq buğdanın böyük hissəsinin Rusiya, Qazaxıstan və digər ölkələrdən idxal olunması səbəbindən yerli məhsuldarlığın artımı un və çörək məhsullarının qiymətlərinə həlledici təsir göstərməyəcək”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 İyul 2026 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri