“UN80” və Cənubi Qafqaz RAKURS
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yubiley sammitində Zəngəzur (TRIPP) dəhlizinin müzakirəsi nə qədər əhəmiyyətli idi?
2025-ci il BMT-nin yaradılmasının 80-ci ili kimi qeyd edilir. Eyni zamanda “UN80” və “Pact for the Future” kimi təşəbbüslərlə təşkilatın yenidən gücləndirilməsi və modernləşdirilməsi mövzuları aktuallaşıb. Bu yubiley kontekstində BMT-nin qurucu prinsiplərinə, beynəlxalq hüquqa, çoxtərəfli əməkdaşlığa və dünyadakı böhranlara münasibət daha çox diqqət mərkəzində olub. BMT səviyyəsində, yubiley mərasimləri, anma görüşləri və yüksək səviyyəli sessiyalar təşkil olunub, bu da müxtəlif ölkələrin və beynəlxalq ictimaiyyətin mövqeyinin ifadə edilməsi üçün platforma olub.
BMT-nin baş katibi António Guterres yubiley tədbirinin açılışında çıxış edərkən qeyd edib ki, BMT-nin prinsipləri heç vaxt olmadığı qədər hücuma məruz qalır və təşkilatın əsas sənədləri, xüsusilə BMT Nizamnaməsi heçə sayılır, beynəlxalq qanunlar tapdalanır. Yəni bəzi ölkələr bu prinsipləri özlərinə sərf edəndə götürür, sərf etməyəndə görməzdən gəlirlər. O, həmçinin dünya kontekstində bir sıra böhranlara – Qəzzada müharibə, Ukraynada davam edən konfliktlər, Sudandakı zorakılıq, iqlim böhranı, yoxsulluq artımı və hüquq pozuntularına diqqət çəkərək, BMT-nin bu çağırışlara cavab verə bilməsi üçün islahatlar lazım olduğunu vurğulayıb.
BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti Annalena Baerbock açılış nitqində “bu normal sessiya deyil”, “dünya paytaxtında çoxlu böhran var”, “biz birlikdə daha yaxşı ola bilərik” kimi çağırışlar edib. Baerbock həmçinin vurğulayıb ki, yubiley məqamı təkcə mərasim deyil, həm də məsuliyyət anıdır — BMT-nin qurucu prinsiplərinə sadiq qalınmalı, iş görmə qabiliyyəti artırılmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı BMT-nin beynəlxalq təşkilat kimi fəaliyyətsizliyinə diqqət çəkib: “Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.
1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.
Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü”.
Yubiley tədbiri zamanı dünyanın müxtəlif ölkələrindən və liderlərindən müxtəlif mövzulara yönəlmiş bəyanatlar səsləndirilib. Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev BMT-nin struktur islahatlarının zəruriliyini vurğulayıb. Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas, Qəzzadakı vəziyyəti BMT çərçivəsində qınayaraq İsrail əməliyyatlarını “insanlığa qarşı cinayət” kimi qiymətləndirib. ABŞ Prezidenti Donald Trump BMT-ni sərt tənqid edib, təşkilatı “korrupsiyalı” və “zərərli” kimi təqdim edib, milli sərhədlərin bağlanmasını və beynəlxalq kooperasiyadan uzaqlaşmanı müdafiə edib. Bir çox lider və dövlət başçıları qadın hüquqları məsələsində proqresin yavaşlığına diqqət çəkmiş, eləcə də gender ədalətindəki boşluqları tənqid ediblər.
Bəzi median mənbələri BMT-nin “dişsiz bir danışma klubuna” çevrildiyini, onun münaqişələri həll etməkdə səmərəli olmadığını iddia edirlər. Kritik baxışlar arasında, BMT-nin maliyyə çatışmazlığı, donorların rolunun azalması və təşkilatın qərarvermə mexanizmlərində yetərsizliyi ön plana çəkilib. Ölkələr və ekspertlər BMT-nin struktur problemlərini, Xüsusi Təhlükəsizlik Şurasının qərarvermə səlahiyyətləri və veto hüququ kimi mövzuları islahata ehtiyac mövzusu kimi dilə gətirirlər.

Konkret hadisələr və qərarlar
Mart 2025-ci ildə BMT Baş Assambleyası II Dünya Müharibəsinin 80 illiyinə dair qətnaməni qəbul edib. Bu təşəbbüs müsbət qarşılanıb. Yubiley çərçivəsində Yüksək Səviyyəli Plenari görüşü keçirilib və bir sıra ölkələr bu görüşdə çıxış edərək BMT-nin gələcəyi, dünyada qarşıya qoyulan çağırışlar və əməkdaşlıq mövzularına toxunublar. BMT-nin öz rəsmi qurumları da yubiley tədbirlərində müxtəluif proqramlarla iştirak edib, bu tədbirlər vasitəsilə BMT-nin simvolik rolunu yenidən vurğulamaq istəyiblər.
Yubiley zamanı çoxlu dövlətlər BMT-nin bütövlüklə və ya qismən “köhnəlmiş” bir struktur kimi işləməməsi barədə narahatlıqlarını ifadə ediblər. Bu, beynəlxalq səviyyədə çox tərəfli yanaşmaya qarşı artan şübhə və alternativ yanaşmaların gündəmə gəlməsi kimi qiymətləndirilə bilər. Liderlər və diplomatlar yüksək səslə BMT-nin struktur islahatlarına, qərarvermə proseslərinin şəffaflığına və yeni çağırışlara, məsələn, süni intellektin tənzimlənməsi, iqlim böhranına cavab verə biləcək mexanizmlərin yaradılmasına ehtiyac olduğunu vurğulayıblar.
Yubiley tədbirləri və nitqlər BMT-nin ideallarını, qurucu prinsiplərini yenidən xatırladıb, lakin bir çox aktor medianın ifadə etdiyi kimi, təşkilatın real imkanları və resursları ilə bağlı ciddi məhdudiyyətlər qalmaqdadır. Nitqlərdə və çıxışlarda Ukrayna, Qəzza, Sudan, iqlim böhranı, yoxsulluq və insan hüquqları kimi mövzular əsas yerlər alıb.

BMT-80: Cənubi Qafqaz və Zəngəzur dəhlizi
2020-ci ilin Vətən Müharibəsindən sonra Azərbaycan ərazilərinin bir hissəsi Ermənistanın işğalı altından azad edildi. Bu, Cənubi Qafqazda güc balansında dəyişikliklərə və yeni regional infrastrukturnun yaradılması ehtiyaclarına səbəb oldu. Regionda sülhün təmin olunması, sərhədlərin delimitasiyası, nəqliyyat və tranzit koridorlarının açılması danışıqların mərkəzində dayanır.
Prezident İlham Əliyevin çıxışında xüsusilə Azərbaycana qarşı təcavüz, uzun müddətli işğal və etnik təmizləmə faktlarına toxunulub. Ermənistanın illərlə Azərbaycanın suveren ərazisini ələ keçirdiyi vurğulanıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi, işğalın davam etməsi məsələsi məxsusi olaraq təkrar-təkrar diqqətə çatdırılıb. 44 günlük müharibədən sonar Azərbaycan Ermənistana beş əsas prinsipə əsaslanan sülh müqaviləsi layihəsini təqdim edib. Regionda baş verən bəzi təxribatlara rəğmən Azərbaycan sülh məqsədli siyasətini davam etdirib, İrəvana ikitərəfli, vasitəçilərsiz təmas imkanları yaradıb və nəticə də pis deyil. ABŞ‑ın təşəbbüsü ilə Vaşinqtonda keçirilən sammitdə isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən sülh müqaviləsi layihəsinin ilkin variantının paraflanması, eyni gündə “Birgə Bəyannamə”nin imzalanması qeyd edilib.
Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizindən maneəsiz keçid təmin ediləcəyini bildirib. Bu, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi yeni regional transit layihəsi ilə bağlıdır. Eyni zamanda, “Şərq–Qərb” və “Şimal–Cənub” nəqliyyat koridorlarının inkişafı, Xəzər dənizi sahilində limanlar, Bakı-Tbilisi-Qars dəmiryolu, beynəlxalq hava limanlarının infrastrukturu kimi layihələrin regionu nəqliyyat və tranzit mərkəzinə çevirdiyi vurğulayıb. O cümlədən Azərbaycanda iqtisadiyyatın neft qaz sektorundan diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və sosial göstəricilərin (işsizlik, yoxsulluq) azaldılması istiqamətindəki uğurlar qeyd edilib. Prezident həmçinin beynəlxalq əməkdaşlıq, humanitar məsələlərə diqqət, iqlim dəyişikliyi və Xəzər dənizindəki ekoloji problemlərdən danışıb.
Zəngəzur dəhlizi və ya “TRIPP – Tramp Marşrutu” çərçivəsində təqdim olunan yeni regional yol ilə bağlı ortaya çıxan əsas məsələ maneəsiz keçiddir. Azərbaycan bildirir ki, Zəngəzur dəhlizindən keçirilən nəqliyyat əlaqələri yalnız maneəsiz olarsa region üçün faydalıdır. Siyasi, hüquqi və fiziki maneələr hələlik tam həll edilməyib. Keçidin statusu, təhlükəsizlik təminatı, sərhəd-keçid məntəqələrinin yaradılması və inzibati prosedurların sadələşdirilməsi kimi məsələlər hələ də gündəmdədir.
Dəhliz yalnız Azərbaycan və Ermənistan arasında deyil, regionun bütün ölkələri üçün nəqliyyat, ticarət, enerji və logistika sahələrində fayda gətirə bilər. Əməkdaşlığın formalaşması üçün etimad mühitinin möhkəmlənməsi lazımdır, ayrıca beynəlxalq hüquqi öhdəliklər, sərhəd delimitasiyası və demarkasiyası işləri, infrastrukturun yenidən qurulması, maliyyə və sərmayə investisiyalarının cəlb edilməsi, tranzit logistikasının təşkil olunması vacib elementlərdəndir. Təhlükəsizlik və regional sabitlik Sülh müqaviləsinin bağlanması, sərhədlərin tanınması və işğaldan azad edilmiş ərazilərin bərpası proseslərinin təminatı tranzit və məktəb infrastrukturunun inkişafı üçün vacibdir. İki ölkə arasında danışıqların davamlılığı, provokasiyalar və gərginlik riskləri, mina sahələrindən təmizləmə, insan hüquqları və məcburi köçkünlərin geri dönüşü məsələləri, beynəlxalq nəzarət və monitorinq, regionda digər dövlətlərin maraqları da çox önəmlidir.
-poltoloq_polad_mehdiyev0543.jpg)
BMT Baş katibi Antonio Guterres Azərbaycan və Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh müqaviləsini müsbət addım kimi qiymətləndirib. Beynəlxalq ictimaiyyət, tranzit layihələrinin açılması, regional sülhün təmin olunması təşəbbüslərinə dəstək göstərir, lakin konkret tədbirlərin detalları və hüquqi çərçivəsi ilə bağlı suallar qalmaqdadır. Azərbaycanın xarici işlər naziri çıxışlarında beynəlxalq təşəbbüslərə (məsələn, inkişaf, iqlim, təhlükəsizlik) uyğun olaraq regionda nəqliyyat, tranzit və əlaqələr sahəsində əməkdaşlıq mərkəzlərinin yaradılmasını vurğulayıb.
Zəngəzur dəhlizi yalnız Azərbaycanla Ermənistan arasında sülhü gücləndirə bilməz, həmçinin İran‑Türkiyə istiqamətində ticarətin artmasına, Cənubi Qafqazın və Mərkəzi Asiyanın Avropaya birləşməsinə yol açar. Əhalinin təhlükəsizlik və hüquqi təminatlara güvəni, sərhəd və keçid məntəqələrinin infrastrukturu, logistika prosedurlarının və gömrük rejiminin harmonizasiyası kimi məsələlər vaxt və resurs tələb edir. Sülh müqavilələrinin bağlanması, beynəlxalq səviyyədə tanınma, region dövlətlərinin öhdəliklərinin yazılı şəkildə müəyyənləşdirilməsi vacibdir.
Cənubi Qafqaz bölgəsi, uzun müddətdir geosiyasi, etnik və strateji qarşıdurmaların ortasında olub. 2020‑ci ilin payızında Azərbaycan ilə Ermənistan arasında baş verən müharibə (Vətən Müharibəsi) bu regionda yeni reallıqlar yaradıb. Azərbaycan ərazilərinin bir hissəsinin yenidən nəzarətə keçirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası məsələlərinin gündəmə gəlməsi, tranzit və kommunikasiya yollarının açılması kimi mövzular regional və beynəlxalq diqqətdə ön sıralarda yer almağa başlayıb. Zəngəzur dəhlizi konsepsiyası bu kontekstdə Azərbaycanla Ermənistan arasında — xüsusilə Ermənistanın Zəngəzur bölgəsindən keçməklə Azərbaycanı onun Naxçıvan hissəsi ilə birləşdirəcək nəqliyyat marşrutu kimi irəli sürülür. Dəhlizin açılması regionda ticarət, nəqliyyat, kommunikasiya əlaqələrinin bərpa olunması və sülhün möhkəmləndirilməsi baxımından vacib addım sayılır.

Azərbaycanın mövqeyi
Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər Nazirliyi Zəngəzur dəhlizinin açılmasının regionda sülh və sabitlik üçün zəruri olduğunu vurğulayır. Bakı bildirir ki, dəhliz vasitəsilə Naxçıvanla Bakı arasında maneəsiz nəqliyyat əlaqələri olmalıdır. Ermənistan hələ öz öhdəliklərini tam şəkildə yerinə yetirmir, dəhlizlə bağlı razılaşmaların tətbiqi yubadılır və müəyyən maneələr yaradılır. Azərbaycan eyni zamanda beynəlxalq ictimaiyyəti də bu məsələdə rol oynamağa çağırır, tranzit və kommunikasiya yollarının açılması üçün regional əməkdaşlıq, beynəlxalq hüququn norma və prinsipinə sadiqlik tələb edir.
Ermənistanın reaksiyası
Ermənistan “Zəngəzur dəhlizi” terminologiyasını qəbul etmir və bu ifadəni suverenliyə və ərazi bütövlüyünə yönəlmiş gizli iddia və ya təzyiq kimi dəyərləndirir. Baş nazir Nikol Paşinyan və hökumət nümayəndələri bu terminologiyanın qeyri‑qəbul edilə biləcəyini ifadə edirlər. Ermənistan “Crossroads of Peace” (Sülhün Kəsişmə Nöqtələri) adlı nəqliyyat və kommunikasiya layihəsini təqdim edir və bu layihə çərçivəsində bütün yolların açılması, transitin, gömrük və sərhəd xidmətlərinin prinsiplərinə — qarşılıqlı hörmət, suverenlik, hüquqi prosedürlər — riayət edilməklə həyata keçirilməsini vurğulayır. Ermənistanın narahatlığı budur ki, Zəngəzur dəhlizi termini istifadə edilərkən, Bakı tərəfindən sərhədsiz və gömrüksüz keçid iddiaları ortaya qoyulur ki, bu Ermənistan üçün suverenlik və ərazi bütövlüyü məsələsi kimi ciddi qəbul edilir.
Rusiya, İran və digər region dövlətləri nə düşünür?
Rusiya rəsmi olaraq Zəngəzur dəhlizini Ermənistan və Azərbaycan arasında müstəqil suveren məsələ kimi görür. Kremlin nümayəndələri bildirirlər ki, bu məsələ yalnız tərəflərin razılığına bağlıdır. İran da məsələyə diqqətlə yanaşır, çünki dəhlizin formatı, nəqliyyat yollarının İranla sərhəddə yerləşməsi və İranın regionda transit roluna təsiri məsələləri onun üçün strateji əhəmiyyət daşıyır. İranın mövqeyi odur ki, suverenlik, sərhəd nəzarəti və gömrük prosedurlarının tam qorunması vacibdir, xüsusilə Ermənistan‑İran və İran‑Azərbaycan münasibətlərinin fonunda. İran bəzi hallarda açıq şəkildə dəhlizin formalaşmasında maraqlı olduğunu, digər hallarda isə suverenlik məsələlərinin pozulması riskindən narahat olduğunu qeyd edir.
Türkiyə Azərbaycanla birlikdə bu layihəni regional kommunikasiya və iqtisadi iqtisadi əməkdaşlıq baxımından faydalı görür, dəhlizin açılmasının regionun nəqliyyat və ticarət koridorlarının güclənməsinə xidmət edəcəyini hesab edir.
2024‑cü ilin yayında Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin layihəsində “regional kommunikasiya yollarının açılması” maddəsi, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı aspektlər müzakirə olunurdu, lakin bu maddə müvəqqəti olaraq razılıqla layihədən çıxarıldı. Bu addım danışıqlar prosesini sürətləndirmək və daha geniş sülh müqaviləsi bağlanması üçün maneə ola biləcək aspektləri müzakirələrdən bir qədər uzaqlaşdırmaq məqsədi daşıyırdı. Zəngəzur dəhlizinin açılması və ya tranzit marşrutlarının reallaşması üçün Sülh müqaviləsi kimi hüquqi-normativ elementlər bu gün çox vacibdir.
V.VƏLİYEV

