“İndiyə qədər telefonum olmayıb”: Maksimum bal toplayan şagird
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi ali məktəblərə qəbul imtahanının nəticələri açıqlandı. Bu imtahanda III ixtisas qrupu üzrə maksimum - 300 bal toplayan 3 şagirddən biri də
İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidandır.
Lent.az-ın əməkdaşı Fidanla həmsöhbət olub, onun təəssüratlarını öyrənib.
O bildirdi ki, hüquqşünas olmaq istəyir:
“Cavablarla indi tanış oldum, bir az həyəcanlıyam. Düzünü desəm 400 bal gözləmirdim, düşünürdüm ki, 400-ə yaxın olar. Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisasında təhsil almağı düşünürəm. Bakalavrdan sonra isə Azərbaycan Diplomatik Akademiyasında (ADA) magistr təhsili alacam”.
Fidan qeyd edib ki, onun bu yaşa qədər şəxsi telefonu olmayıb:
“Özüməməxsus telefonum olmayıb. Dərsdən əlavə məşğələlərə gedirdim. Hazırlıqları saymasaq, gün ərzində beş-altı saat dərslə məşğul olurdum. Yüksək bal toplamaq üçün şagirdin hədəfi olmalıdır. O məqsəddən heç vaxt əl çəkmək olmaz. Mənə görə yüksək bal kəndə, ya şəhərə baxmır. Mən də kənd məktəbinin məzunuyam. Saatların sayına yox, keyfiyyətə görə dərs oxumaq lazımdır, bu halda uğur sizinlə olacaq”.
Qeyd edək ki, Fidanın bacısı da IX sinif buraxılış imtahanında yüksək bal ( 262) toplayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 17 İyun 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















