Qərbdən Tiflisə çağırış: Dərhal Saakaşvilini azad et!
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Parlamenti (AP) Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xaricdə lazımi tibbi müalicə ala bilməsi üçün humanitar əsaslarla dərhal azadlığa buraxılmasını tələb edib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə AP-nin Gürcüstanla bağlı qəbul etdiyi qətnamədə bildirilib.
AP “Gürcü Arzusu” hökumətini Avropa Parlamenti üzvlərinin Mixail Saakaşvili və digər siyasi məhbuslarla məhdudiyyətsiz görüşünü təmin etməyə çağırıb.
Qətnamədə Gürcüstanda müxalifətə qarşı təqib, siyasi həbslər və saxlamalar, təhdidlər və fiziki hücumlar pislənilib.
“Avropa Parlamenti keçmiş prezident Mixeil Saakaşvilinin xaricdə lazımi tibbi müalicə ala bilməsi üçün humanitar əsaslarla dərhal azad edilməsi tələbini qətiyyətlə təkrarlayır. Bundan əlavə, “Gürcü Arzusu” hökumətini Avropa Parlamenti üzvlərinin Mixail Saakaşvili və digər siyasi məhbuslarla görüşünə məhdudiyyətsiz çıxışını təmin etməyə çağırır”, - AP əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 İyun 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















