Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

UNEC alimləri Avropada

UNEC alimləri Avropada

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri elmi fəaliyyətlərini Avropanın aparıcı universitetlərində davam etdiriblər.

UNEC-dən 525.az-a bildirilib ki, universitetin 6 tədqiqatçısı Belçika, Almaniya, İtaliya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində elmi ezamiyyətlərdə olub. Alimlər fərqli sahələr üzrə tədqiqatlar apararaq, yeni əməkdaşlıqların əsasını qoyublar və birgə elmi fəaliyyətlər üzrə razılaşmalar əldə ediblər. Elm və innovasiya məsələləri üzrə prorektor professor Rövnəq Rzayev və Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri dosent Tural Nağıyev Belçikanın Gent Universitetində universitetlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm görüşlər keçiriblər. UNEC-də hazırlanmış yeni nəsil nanoölçülü materiallar Gent Universitetinin müasir laboratoriya imkanları əsasında tədqiq olunub və materialların elmi-tətbiqi potensialı qiymətləndirilib.

Görüşlərin nəticəsi olaraq tərəflər arasında uzunmüddətli elmi əməkdaşlıq perspektivləri müəyyən edilib. Əməkdaşlıq çərçivəsində 2026-cı ilədək bir sıra birgə elmi məqalələrin hazırlanması, eləcə də Gent Universiteti alimlərinin UNEC-də keçiriləcək beynəlxalq elmi konfranslarda daha geniş iştirakının təmin edilməsi barədə razılıqlar əldə olunub.

UNEC-in tədqiqatçı müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Həsrəddin Quliyev Almaniyanın nüfuzlu Fridrix-Aleksandr Universitetində üçhəftəlik elmi ezamiyyətdə olub. Səfər çərçivəsində o, universitetin Biznes Məktəbi nəzdində həyata keçirilən tədqiqatlarla tanış olub, dairəvi iqtisadiyyat və süni intellektin iqtisadi təsirləri üzrə müasir yanaşmaları öyrənib.

Ezamiyyət zamanı Almaniyada karbon emissiyalarının ölçülməsi üçün yaradılmış məlumat bazası, karbon vergisi mexanizmləri və süni intellektin əmək bazarına təsiri ilə bağlı müzakirələr aparılıb. Nəticə etibarilə UNEC ilə Fridrix-Aleksandr Universiteti arasında birgə elmi tədqiqatların aparılması barədə razılıq əldə olunub və 2026-cı ildə süni intellektin işsizliyə təsirini araşdıran birgə məqalənin dərc olunması planlaşdırılıb.

İqtisadiyyat kafedrasının dosenti Suqra Hümbətova ilə Riyaziyyat və statistika kafedrasının dosenti Vüsalə Teymurova isə bir ay müddətində İtaliyanın Luigi Vanvitelli Kampaniya Universitetində (Universita degli Studi della Campania Luigi Vanvitelli) tədqiqat aparıblar. Araşdırmalar çərçivəsində Azərbaycan - İtaliya enerji münasibətləri, dünya neft bazarında qiymət dəyişkənliyinin makroiqtisadi göstəricilərə təsiri təhlil edilib. Tədqiqat nəticələrinin Scopus indeksli jurnalda dərc olunması nəzərdə tutulur. UNEC alimləri İtaliyanın digər ali təhsil müəssisəsində keçirilən beynəlxalq konfransda da iştirak ediblər.

Türkiyənin Yıldız Texnik Universitetinə (YTU) ezam olunan Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Aytən Niyazova UNEC-də sintez edilmiş iki yeni kimyəvi birləşməni YTU-nun müasir laboratoriyalarında tədqiq edib. Araşdırmalar zamanı maddələrin daxili quruluşu, sabitliyi və qarşılıqlı təsirləri öyrənilib, onların gələcək elmi və praktik tətbiqləri üçün perspektivləri müəyyən edilib. Bu tədqiqatlar əsasında beynəlxalq elmi jurnalda məqalə dərc olunması planlaşdırılır. Səfər çərçivəsində UNEC ilə Yıldız Texnik Universiteti arasında birgə elmi layihələr üzrə razılaşmalar da əldə edilib.

Görüşlər zamanı UNEC-in Scopus bazasında indekslənmiş beynəlxalq elmi jurnalı JEAS (UNEC Journal of Engineering and Applied Sciences) tərəfdaşlara təqdim olunub və jurnalla bağlı mümkün elmi əməkdaşlıq imkanları müzakirə edilib.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see429

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see260

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri