Icma.az
close
up
RU
UNEC in Zaqatala filialı: ali iqtisadi təhsil üçün nüfuzlu ünvan

UNEC in Zaqatala filialı: ali iqtisadi təhsil üçün nüfuzlu ünvan

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının əsaslı təmir olunmuş yataqxana və idman zalının bu günlərdə açılışı keçirilib. Əsaslı təmir və yenidənqurma işlərindən sonra yataqxananın tutumu 73 nəfərdən 155 nəfərə qədər genişləndirilərək müasir tələblərə uyğunlaşdırılıb. 2 və 3 nəfərlik otaqlar beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli mebel, zəruri məişət avadanlıqları və texnikası, eləcə də istilik və soyutma sistemi ilə təchiz olunub. Bütün otaqlarda yüksək gigiyenik standartlara uyğun sanitar qovşaqlar və duş kabinləri qurulub.

Sağlamlıq imkanları məhdud tələbələr üçün 2 ədəd müasir otaq ayrılıb və həmin otaqlarda inklüzivlik baxımından xüsusi imkanlar yaradılıb. Bütün otaqlar smart texnologiyalarla təchiz olunub. Birinci mərtəbədə tələbələrin rahat istirahəti və əyləncəsi üçün xüsusi olaraq dizayn edilmiş istirahət otağı və oxu zalı mövcuddur. Yataqxanada, həmçinin, müasir avadanlıqlarla təchiz olunmuş camaşırxana quraşdırılıb. Eyni zamanda zəruri avadanlıq və dərman preparatları ilə təchiz olunmuş ilkin tibbi yardım məntəqəsi də yaradılıb.

Yataqxanada böyük və müasir yeməkxana, eləcə də bütün mərtəbələrdə zəruri avadanlıqlarla təchiz olunumuş geniş mətbəxlər mövcuddur.

Yeni istifadəyə verilən idman zalı tələbələrin sağlam həyat tərzi sürməsi və idmanla məşğul olması üçün tam şəraitlə təmin edilib. 6 funksional otaqdan ibarət idman zalında basketbol, voleybol və fitnes üzrə ixtisaslaşdırılmış sahələr yaradılıb.

Yataqxananın həyətyanı və ətraf sahəsində genişmiqyaslı abadlaşdırma işləri aparılıb, ərazidə yaşıllıq zolaqları salınıb və təbiətə uyğun müxtəlif ağaclar əkilib. Eyni zamanda, tələbələrin istirahəti və sosial fəaliyyətləri üçün oturacaqlar quraşdırılıb.

Tələbələrin təhlükəsizliyini təmin etmək məqsədilə yataqxana 24/7 fəaliyyət göstərən nəzarət sistemi və müşahidə kameraları ilə təchiz olunub.

Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə Prezidentin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı yaradılıb. O ilin sentyabrında da filialın açılışı olub. Filialda 2016-2019-cu illərdə 1 fakültə, 1 kafedra və 2020-2023-cü illərdə Zaqatala İqtisadiyyat Məktəbi fəaliyyət göstərib.

Ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə iqtisadçı kadrların hazırlanması məqsədilə 2024-cü ildə Zaqatala İqtisad Məktəbi ləğv edilib.

UNEC Zaqatala filialının idarə edilməsində səmərəliliyin artırılması məqsədilə yeni ştat cədvəlinə uyğun olaraq struktur dəyişikliyi olub. Struktur uyğun olaraq "İqtisadiyyat və menecment" departamenti, Katiblik, Maliyyə və təminat şöbəsi, Təsərrüfat şöbəsi yaradılıb.  Filialda "İqtisadiyyat və idarəetmə", "Texniki və texnoloji" bölmələrdən ibarət "İqtisadiyyat və menecment" departamenti fəaliyyət göstərir.

Filial UNEC-in regional ali iqtisadi təhsil missiyasının icrasını təmin edir, bundan irəli gələn müsbət nəticələrdən region və dünya ali təhsil məkanında dayanıqlı rəqabət üstünlüklərinin formalaşması üçün şərait yaradır. Tələbələrin Universitetdə ali iqtisadi təhsil, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin aşılanmasına və müasir biznes informasiyalarının araşdırılması qabiliyyətinin formalaşmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinin qazanılmasına, onların müəssisə və təşkilatlarda müxtəlif məsul vəzifələr tutmasına peşəkarlıq nöqteyi nəzərdən hazır olmalarına imkan yaradır.

Filialda iqtisadiyyat, maliyyə, menecment, marketinq, biznesin idarə edilməsi, mühasibat, turizm işinin təşkili, informasiya texnologiyaları, dövlət və bələdiyyə idarəetməsi ixtisaslar üzrə ali təhsilli peşəkar iqtisadçı mütəxəssislərın hazırlanması həyata keçirilir.

Universitetimizin bakalavr səviyyəsinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.

UNEC-də olduğu kimi, filialda da yeni təhsil proqramları üzrə təhsil alan tələbələrə 4 günlük iş rejimi nəzərdə tutulub ki, bu da təhsilalanların əlavə olaraq dərsdənkənar məşğələlərə vaxt ayırmasına imkan yaradır. İqtisadiyyat və menecment departamentinin "İqtisadiyyat və idarəetmə" bölməsində olan Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Fəlsəfə, Azərbaycan tarixi fənlərinin tədrisi onlayn aparılır.

Onlayn dərslərdə isə EDUMAN sisteminin tərkibində elektron jurnal bölməsi Zoom platforması ilə inteqrasiya edilmiş və tələbələrin dərsə qoşulma davamiyyəti avtomatik sistem tərəfindən qeydə alınır, qiymətləndirməni isə müəllim kabinetində mövcud olan distant jurnal vasitəsi ilə həyata keçirir.

UNEC Elektron Universitet Modeli (EDUMAN) kredit sisteminin effektiv şəkildə tətbiq edilməsi üçün qurulmuş elektron platformadır. Bu platforma vasitəsi ilə UNEC-in və UNEC Zaqatala filialının  tələbələri www.kabinet.unec.edu.az  keçidinə daxil olmaqla lazımi məlumatları əldə edə bilirlər.

Tələbə EDUMAN sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrəsini fakültə tyutorlarından əldə edə bilər. Layihənin məqsədi tələbələrin vahid mərkəzə müraciət edərək, tələb olunan təhsil sənədlərini ən qısa müddətdə əldə edə bilməsidir. "Bir Pəncərə" sistemi vasitəsilə tələbə, ona lazım olan təhsil arayışının hazırlanması üçün şəxsi kabinetindən günün 24 saatı, həftənin 7 günü xidmətə müraciət edə bilir. Bir pəncərə xidməti tələbələrə akademik transkript, təhsil almaq, təhsil haqqı, hərbi xidmətlə bağlı arayış, məzun arayışı, eləcə də qiyabi təhsil alanlar üçün arayış və təhsil sənədlərinin (attestat, diplom) təsdiqlənmiş surəti verilir.

Sənədlər tələbənin istəyindən asılı olaraq, Azərbaycan və ingilis dillərində verilir. İngilis dilində arayışlar 2022-2023-cü tədris ilindən verilməyə başlanılıb. Bu yenilik tələbələri sənədlərin ingilis dilinə tərcümə və təsdiqi üçün notarius xərclərindən azad edir.

Elektron Müracət Sisteminin köməkliyi ilə tələbələr operativ şəkildə apellyasiya müraciətlərini edə və nəticələrini öyrənə bilərlər. Bunun üçün "erize.asue.edu.az" saytına daxil olmaq kifayətdir. Sistem imtahan sessiyasının obyektiv və şəffaf təşkilinə, həmçinin tələbənin vaxtına qənaəti təmin edir.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, UNEC-in Zaqatala filialının yaranmasının siyasi, iqtisadi və mədəni əhəmiyyəti çox böyükdür. Sevindiricidir ki, bu regionda çox yüksək səviyyəli bir ali təhsil müəssisəsi qurulub. Yaraşıqlı binası, işıqlı və isti auditoriyaları, yeməkxana və yataqxana şəraiti arzuolunan səviyyədədir. UNEC-də bərqərar olunan akademik pedaqoji və etik normalar Zaqatala filialında da qüvvədədir. İmtahanların obyektivliyi və şəffaflığı filialda da diqqət mərkəzindədir: "Bu yanaşma qonşu dövlətlərdə fəaliyyət göstərən və keyfiyyətsiz təhsil verən universitetlərə tələbə axınının qarşısını alır. Bölgədə yaşayan elmi dərəcəli insanlar filiala cəlb olunub və onların intellektual potensialından istifadə olunur. Region etnik baxımdan rəngarəng olduğundan universitet həm də mədəni mərkəz rolunu oynayır. Bir çox millətlərin nümayəndələri ali məktəbdə gənclərə təhsil verir: "Filialda tədris yüksək səviyyədə qurulub, həm rəhbərlik, həm də müəllim kollektivi tərəfindən şəffaflıq, ədalət prinsiplərinə ciddi riayət edilir. Burada ixtisas üzrə oxumaq, lazımlı biliklər əldə etmək, eyni zamanda, ümumi dünyagörüşünü inkişaf etdirmək üçün hər cür imkan və şərait var. Universitet tələbələrinə rəhbərliyin, müəllimlərin diqqət və qayğısı, demokratik yanaşması xüsusilə diqqət çəkir".

UNEC-in Zaqatala filialının məzunu Nurlan Həsənov deyir ki, UNEC ona çox şey verib - geniş biliklər, təcrübələr və dəyərli dostluqlar: "Filialda ixtisaslar üzrə dərs deyən peşəkar müəllim heyəti var. Təhsil aldığım müddət ərzində həqiqətən də tədris keyfiyyətinin yüksək olduğunu və beynəlxalq standartlara uyğun təhsil verildiyini gördüm. Tədris müddətində əla dostlar qazandım və birgə layihələrdə, tədbirlərdə, müzakirələrdə iştirak edərək dostlarımla güclü əlaqələr qurdum. Bu dostluqlar universitet həyatımı daha da maraqlı və rəngarəng etdi. UNEC-də təhsil almaq mənim üçün çox böyük bir təcrübə oldu və burada qazandığım biliklər və dostluqlar həyatımda əvəzolunmaz bir yer tutur".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri