UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Süni İntellektin elm, təhsil və inzibati fəaliyyətə sürətlə inteqrasiyası UNEC-də onun istifadəsinə dair vahid institusional çərçivənin formalaşdırılmasını zəruri edib. Bu məqsədlə UNEC Elmi Şurasının qərarı ilə “UNEC-in Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edilib.
Kodeks UNEC-in Sİ dövründə fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirir. Universitet Sİ-yə qadağan edilməli texnologiya kimi deyil, insanın imkanlarını gücləndirən tərəfdaş kimi yanaşır. Burada məqsəd Sİ-nin insanın düşünmə və qərarverməsini əvəzləməsi deyil, “İnsan + Sİ + İnsan” modelinin formalaşdırılmasıdır.
Sənəd akademik dürüstlük, məxfilik, məlumat təhlükəsizliyi ilə yanaşı, tənqidi düşünmə, müstəqil qərarvermə, yaradıcılıq və real problemlərin həllinə əsaslanan yeni təhsil mədəniyyətini təşviq edir. Eyni zamanda Sİ ilə işləyən universitet mədəniyyətinin əsas prinsiplərini də müəyyənləşdirir.
Kodeks sillabuslarda Sİ-dən istifadəyə dair qaydaların müəyyənləşdirilməsinə, müəllimlərin Sİ savadlılığının artırılmasına, qiymətləndirmədə yeni yanaşmaların tətbiqinə, təhlükəsiz Sİ infrastrukturunun formalaşdırılmasına və s. institusional nəzarətin təmin edilməsini nəzərdə tutur.
Bu baxımdan sənəd UNEC-in yalnız Sİ-dən istifadəyə dair etik kodeksi deyil, “Süni İntellekt dövründə universitet modeli”nə keçid sənədidir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 17 Sentyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















