Icma.az
close
up
RU
UNECdə 3 yeni tələbə təşkilatı yaradılıb

UNECdə 3 yeni tələbə təşkilatı yaradılıb

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin təşəbbüsü və Elmi Şuranın qərarı ilə UNEC-də 3 yeni tələbə təşkilatı yaradılıb.

UNEC-dən APA-ya verilən xəbərə görə, yeni yaradılmış “UNEC Diplomatiya Təşkilatı”, “UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı” və “UNEC Türk Dünyası Gənclər Təşkilatı” tələbələrə yeni imkanlar və platformalar təqdim etməklə yanaşı, tələbə həyatını daha da zənginləşdirəcək, gənclərin müxtəlif sahələrdə öz potensiallarını inkişaf etdirmələrinə şərait yaradacaq və sosial məsuliyyətini artıracaq.

“UNEC Diplomatiya Təşkilatı” beynəlxalq münasibətlər və diplomatiya sahələrində tələbələrin nəzəri və praktik biliklərini artırmağı hədəfləyir. Təşkilat, müxtəlif beynəlxalq forumlar, seminar və müzakirələr təşkil edərək, tələbələrə diplomatik fəaliyyətlərdə iştirak etmək, onların liderlik bacarıqlarını inkişaf etdirmək, digər ölkələrdən gələn tələbələrlə təcrübə mübadiləsi aparmaq və qlobal məsələlərə dair fərqli baxışlar əldə etmək imkanı yaradacaq.

“UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı” isə inklüziv təhsilin təşviqi və bu sahədə maarifləndirmə işlərini həyata keçirəcək. Eyni zamanda həssas qrupa daxil olan tələbələr üçün sosial və akademik mühitin yaradılmasına dəstək göstərəcək və bərabər təhsil imkanlarının təmin olunmasına diqqət yetirəcək.

“UNEC Türk Dünyası Gənclər Təşkilatı” Türk Dünyası ilə əlaqələri möhkəmləndirmək və bu regionun gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır. Təşkilat, Türk dünyasının elm, təhsil, mədəniyyət və digər sahələrdə irsini təbliğ edəcək, eləcə də Türk dünyasında baş verən yeniliklərin paylaşılmasına, təcrübə mübadiləsinə dəstək göstərəcək.

Qeyd edək ki, UNEC-də Tələbə rektor institutu da daxil olmaqla, müxtəlif istiqamətlər üzrə 15 tələbə təşkilatı fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see645

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see373

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see340

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see324

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see307

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see296

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see282

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see263

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see230

Baş redaktor: Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur

03 Avqust 2026 11:18see223

Tələbə qızı dəm qazından boğulmuşdu 3 il sonra qəzada öldü

03 Avqust 2026 09:56see223

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see206

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see180

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see179

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see173

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see172

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see172

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see167

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see157

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri