Icma.az
close
up
RU
UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın Milli bəyanatı səsləndirilib

UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın Milli bəyanatı səsləndirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 8 aprel, AZƏRTAC

Parisdə UNESCO-nun mənzil-qərargahında keçirilən qurumun İcraiyyə Şurasının 221-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın plenar debatlarında ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın milli bəyanatını iştirakçıların diqqətinə çatdırıb.

Milli bəyanatda ölkəmizin UNESCO-nun qlobal prioritetləri olan Afrika və gender bərabərliyinə, qurumun aparıcı proqramlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük diqqət yetirdiyi bildirilib. Bu məqsədlərə nail olmaq üçün Azərbaycanın UNESCO, eləcə də üzv dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə əməkdaşlıq etməyə hazır olduğu qeyd olunub.

UNESCO-nun donor ölkələrindən biri kimi Azərbaycanın təşkilatın qlobal missiyasında nümayiş etdirdiyi fəal dəstəkdən bəhs edən səfir, xüsusilə Afrikanın zəngin mədəni və təbii irsinin qorunması, potensialın gücləndirilməsi kimi sahələrdə müvafiq təşəbbüsləri dəstəkləməklə qitənin inkişafına verdiyi töhfələrdən söz açıb.

Çoxəsrlik multikulturalizm, müxtəliflik, mədəniyyətlərarası və dinlərarası dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət ənənələrinə malik Azərbaycanın “Bakı Prosesi” və “Peace4Culture” kimi təşəbbüslər vasitəsilə dünya miqyasında sülh mədəniyyətini təşviq etdiyi vurğulanıb.

Azərbaycan üçün strateji prioritet təşkil edən təhsil sahəsində milli və beynəlxalq səviyyədə atılan addımlar qeyd edilib. STEAM, TVET, UNITWIN/UNESCO Kafedralar Proqramı və ASPnet kimi çərçivələrdə ölkəmizin iştirakından bəhs edilib.

Bəyanatda mədəni irsin qorunmasının əhəmiyyətinə toxunulub və bu kontekstdə cari ilin martında Azərbaycanda UNESCO-nun iştirakı ilə keçirilmiş “Qədim insan məskənlərinin qorunub saxlanması: təhlükələr və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans barədə məlumat verilib.

Həmçinin iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın fəal iştirakı barədə sessiya iştirakçılarına məlumat verilib və ölkəmizin COP29-a uğurla ev sahibliyi və sədrlik etdiyi diqqətə çatdırılıb.

İclas iştirakçılarına Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası barədə, həmçinin ərazilərimizin Ermənistanın 30 illik hərbi işğalından azad edilməsi ilə Cənubi Qafqazda yaranmış yeni şərait, habelə işğal zamanı ərazilərimizin məruz qaldığı böyük dağıntılar, Qarabağ və Şərqi Zəngəzurdan 750 minə yaxın, Qərbi Zəngəzur, İrəvan, Göyçə, Vedi və digər tarixi torpaqlarımızdan isə 300 mindən artıq azərbaycanlı mülki əhalinin öz tarixi və ata-baba yurdlarından qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verilib.

Azərbaycan hökumətinin, çoxsaylı qeyri-hökumət təşkilatları və Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlıq ifadə edərək, vəziyyətin qiymətləndirilməsi üçün faktaraşdırıcı missiyanın göndərməsinə dair UNESCO-ya etdiyi müraciətin Azərbaycan xalqının haqlı tələbi olduğu bildirilib.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma, habelə məcburi köçkünlərin qayıdışı istiqamətində görülən işləri barədə məlumat verilərək, mina və partlamamış hərbi sursatların yaratdığı ciddi təhlükə və əngəllər qeyd olunub. 2020-ci ildən bəri mülki şəxslər də daxil olmaqla 400-dən çox insan minaların qurbanı olduğu diqqətə çatdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri