Icma.az
close
up
RU
UNESCO nun İcraiyyə Şurasının 222 ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

UNESCO nun İcraiyyə Şurasının 222 ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paris, 6 oktyabr, AZƏRTAC

UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə Şurasının 222-ci sessiyasının plenar iclasında ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın bəyanatını səsləndirib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın İcraiyyə Şurasında dördillik üzvlüyü dövründə həyata keçirdiyi aktiv fəaliyyəti haqqında məlumat verilib. Ölkəmizin bundan sonra da UNESCO platformasında fəal iştirak etməyə və təşkilatın mandatına töhfə verməyə davam edəcəyi vurğulanıb.

E. Abdullayev BMT Nizamnaməsinin və UNESCO Konstitusiyasının qəbulunun 80 illiyi münasibətilə beynəlxalq həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu kontekstdə Azərbaycanın regionda sülh, təhlükəsizlik və əməkdaşlıq naminə gördüyü işlər, eləcə də Ermənistanla sülh prosesinin irəli aparılması istiqamətində atdığı addımlar diqqətə çatdırılıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilmiş tarixi görüş və sülh sazişi mətninin ilkin paraflanması xüsusi qeyd olunub.

Azərbaycan-UNESCO əməkdaşlığından söz açan daimi nümayəndə keyfiyyətli təhsil istiqamətində həyata keçirilən layihələrin, elm və süni intellekt sahəsində təşəbbüslərin, qadınların və gənclərin elmdə rolunun gücləndirilməsinin, “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, irqçiliyin bütün formalarına və təzahürlərinə qarşı UNESCO çərçivəsində birgə mübarizənin zəruriliyini ifadə edib.

Azərbaycanın UNESCO-nun dəyərlərinə sadiq qalaraq, beynəlxalq sülhün möhkəmləndirilməsi yolunda fəaliyyətini qətiyyətlə davam etdirəcəyi bəyan edilibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 01:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see182

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see158

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see146

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see138

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see131

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see131

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see129

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see126

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see125

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see125

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see122

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see120

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see119

Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: həyati riski var

05 Oktyabr 2025 06:06see119

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see118

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see118

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see117

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri