Unibank da fiziki şəxslərin depozitləri 14% artıb
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Unibank-ın depozit portfeli 31 dekabr 2025-ci il tarixinə 1 milyard 377 milyon 937 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 173 milyon 277 min manat və ya 14,4% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 1 milyard 89 milyon 67 min manat, hüquqi şəxslərin depozitləri isə 288 milyon 870 min manat təşkil edib.
İllik müqayisədə fiziki şəxslərin depozitləri 132 milyon 638 min manat (13,9%), hüquqi şəxslərin depozitləri isə 40 milyon 639 min manat (16,4%) artıb.
Ötən ilin eyni dövründə depozitlərin məbləği müvafiq olaraq 956 milyon 429 min manat və 248 milyon 231 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 28 Yanvar 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















