“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub
Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
“Unibank” KB ASC səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə İlkin Quliyev Bankın İdarə Heyətinin üzvü seçilib və Bankın Pərakəndə bankçılıq və Marketinq üzrə Baş inzibatçısı təyin edilib.
Marja.az xəbər verir ki, onun kurasiyasında Bankın Pərakəndə Biznes, Marketinq, Leobank və Filial şəbəkəsinin idarə edilməsi istiqamətləri fəaliyyət göstərir.
İlkin Quliyev bankçılıq sektorunda 15 ilə yaxın peşəkar təcrübəyə malikdir. O, bank sahəsində fəaliyyətə məhz “Unibank”da başlayıb və uzun illər ərzində bankda müxtəlif vəzifələrdə çalışıb.
İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadiyyatın idarə olunması” ixtisası üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində isə “Bank və Maliyyə” ixtisası üzrə magistr təhsili alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















