Icma.az
close
up
RU
Unibankın rəhbəri və oğlu haqqında şok iddialar yayıdı: Fransada dəbdəbli qəsr, Karib adalarında isə...

Unibankın rəhbəri və oğlu haqqında şok iddialar yayıdı: Fransada dəbdəbli qəsr, Karib adalarında isə...

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Unibank"ın 1 milyona yaxın müştərisi var. Əksəriyyət kredit götürmüş və həyatını bir növ kreditə xərcləyən insanlardır. Sizin ödədiyiniz kreditlərlə "Unibank"ın rəhbəri Fransada dəbdəbəli mülk alır, oğlu isə Karib adalarında və Monakodakı (Monte Karlo) kazinolarda qumar oynayır.

Eldar Qəribov "Unibank"ın əsas səhmdarı, Müşahidə Şurasının sədridir, Malta vətəndaşlığı var, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - “Fransanın Fəxri Legion Kavaleri ordeni” ilə təltif olunub.

Azərbaycanla Fransa arasında dərin çatlar bankirin bu ölkədəki lüksünə təsir göstərməyib. Onun dəyəri bir neçə milyon avro olan "Floriana" adlı sevimli villası və əmlak şirkəti "siyasətə qarışmır".

Eldar Qəribov ötən il bankda səhmlərini 7.31 faiz artıraraq 91 faizə yüksəldib. Bu işdə ona yaxın dostu, Fransanın Nisada şəhərində qapı qonşusu olan işadamı Bəylər Məmmədov kömək edir. Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu) Maltada təsis etdiyi LENSTOR ENTERPRISES LTD şirkəti üzərindən Lüksemburqda sahib olduğu "Canley Finance SA" maliyyə şirkəti vasitəsilə bankın səhmlərinin 7.31 faizini digər səhmdardan alıb, sonra Lüksemburq şirkəti adından əsas səhmdara satır. Yəni sol əli boynunun arxasından aparıb sağ qulağını qaşıyıb. İctimaiyyətə elə təqdim olundu ki, guya Eldar Qəribov səhmləri xarici şirkətdən alıb. Ola bilsin ki, Eldar Qəribov bununla təkcə ictimaiyyəti deyil, bankın digər səhmdarı olan Avropa Yenidənqurma və İnkişaf Bankını və Almaniyadakı tərəfdaşını da aldadıb.

Eldar Qəribovun oğlu İlkin Qəribli 2015-ci ildən birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır və dünyanın ən məşhur kazinolarının daimi müştərisidir. O zaman ailəsi ilə Baham adalarında istirahət edərkən dostları İlkini kazinoya aparıblar.

"Poker News"un məlumatına görə bankirin oğlu o zaman 25 min "stavka" ilə 1.105.040 dollar və bir ədəd lüks "Style" saatı udub. O vaxtdan Eldar Qəribov oğunu qumardan ayıra bilməyib.

Cavanşir Həsənli,

Araşdırmaçı jurnalist

P.S. Yazı müəllifin Feysbuk-dakı hesabından götürülüb.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri