Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Universal və milli dəyər fəlsəfəsinin tətbiqi problemləri” beynəlxalq elmi konfrans

“Universal və milli dəyər fəlsəfəsinin tətbiqi problemləri” beynəlxalq elmi konfrans

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş “Universal və milli dəyər fəlsəfəsinin tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Böyük Britaniya və ABŞ-dan (onlayn) olan alim və mütəxəssislər iştirak ediblər.

Tədbiri açan institutun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışıb. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verən beynəlxalq konfransların təşkil edildiyini bildirən İ.Məmmədzadə fəlsəfə elminin öyrənilməsinin, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan danışıb və maarifçiliyin geniş inkişaf etdirilməsində fəlsəfənin rolunun zəruriliyini də vurğulayıb.

Professor qeyd edib ki, Akademiyanın 80 illiyi ilə bağlı keçirilən tədbirdə Prezident İlham Əliyev elmii inkişafında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıb, bu istiqamətin ölkələrin gələcək inkişafında mühüm rol oynadığını bildirib. Dövlətimizin başçısı Azərbaycan dilinin saflığının qorunmasının milli məsələ olduğunu qeyd edib və hər bir vətəndaşın bu işə məsuliyyətlə yanaşmalı olduğunu deyib.

Fəlsəfə və ideologiya haqqında danışan professor İlham Məmmədzadə fəlsəfəni ideologiyasız və ideologiyanı da fəlsəfəsiz təsəvvür etməyin mümkün olmadığını bildirib.

Tədbirdə çıxış edən akademik Gövhər Baxşəliyeva Fəlsəfə Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib, konfransın əhəmiyyətindən danışaraq institutun alimlərinə elmi fəaliyyətlərində uğurlar diləyib. O, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan elmi və aliminə yüksək dəyər verməklə yanaşı, Azərbaycan elmi qarşısında qoyduğu vəzifədən danışıb. Dövlətimizin başçısının nitqində Azərbaycan dili və tarixi ilə bağlı alimlərə xüsusi tapşırıqların öz əksini tapdığını deyən akademik Gövhər Baxşəliyeva Prezidentin vurğuladığı əsas məqamlar kimi, Azərbaycan tarixinin daha doğru və elmi şəkildə tədqiqinin, Azərbaycan dilinin saflığının qorunmasının labüdlüyünü vurğulayıb.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “AMEA-nın prioritetlərində fəlsəfə”, Qalatasaray Universitetinin professoru Paul Ballanfat və Hafssa Bekhelouf “Fəlsəfənin milliliyi”, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, beynəlxalq politoloq Niel Watson “Qlobal çağırışlar dövründə ümumbəşəri və xüsusi dəyərlərin kəsişməsinin fəlsəfi konteksti”, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Tarixin fəlsəfəsi və dəyərlərə münasibət”, professor Patrik Uolş “Milli özünüdərkin humanist dünya nizamının formalaşmasındakı rolu” mövzularında məruzə ediblər. Həmçinin professor Əbülhəsən Abbasovun “Bakıdan dünyaya yayılmış dəyər Q.S, Altşuller nəzəriyyəsi və məktəbi”, professor Rəna Mirzəzadənin “Suveren Azərbaycanda universal dəyərlər: siyasi-hüquqi komponentlər”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Suverenlik fəlsəfəsi haqqında: Azərbaycan konteksti”, dosent Məhəmməd Cəbrayılovun “Rəqəmsal imperializm və milli suverenliyin qorunması problemi” mövzularında məruzələri dinlənilib. Bundan əlavə, dosent Şölət Zeynalov “Elmi-texniki tərəqqi və dəyərlər problemi”, fəlsəfə üzrə fəlsəfə doktoru Zaur Rəşidov “Mirzə Şəfi Vazehin nəğmələrinin Almaniyada Märzrevolution sonrası proseslərə təsiri”, professor Azər Mustafayev “AMEA xalqımızın və dövlətimizin zəngin sərvətidir” mövzularında çıxış ediblər. Texnika elmləri üzrə fəlsəfə doktoru Heydər İmanov isə Fəlsəfə Günü münasibətilə fikirlərini bölüşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri