Universitet müəllimi və uşaqlıq dostu qərardan narazıdır
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncədə dələduzluq etməkdə təqsirləndirilən Əli İbrahimov və Rübail Hüseynovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılır.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 8 il və Ə.İbrahimov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə R.Hüseynovun cəzasını 12 ilə qaldırılıb. Ali Məhkəmə isə qərarı dəyişdirmədən qüvvədə saxlayıb.
Qeyd: Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyib. O, uşaqlıq dostu R.Hüseynovla birgə 3 nəfərin etibarından sui-istifadə edərək onların ümumilikdə 742 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Belə ki, toxumçuluq işi ilə məşğul olan uşaqlıq dostlarına Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və hər ikisi təqsirləndirilən şəxs qismində həbs olunublar.
Kamal Məmmədov

