Icma.az
close
up
RU
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunur? AÇIQLAMA

Universitet müəllimləri də sertifikasiyaya cəlb olunur? AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bildiyimiz kimi, ümumtəhsil məktəblərində müəllimlərin sertifikasiya imtahanı keçirilib. Sosial şəbəkələrdə digər müzakirə olunan məsələlərdən biri isə ali təhsil müəssisələrinin müəllimlərinin də sertifikasiyaya cəlb olunmasıdır.

Maraqlıdır, universitet müəllimləri də sertifikasiyaya cəlb oluna bilərmi?

Bakı Dövlət Universitetinin dosenti Rəşad Qardaşov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, sertifikasiya imtahanları ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik, bacarıq, peşə qabiliyyəti, dərs keçmə metodikası, ümumilikdə müəllimlik peşəsinə xas olan bütün xüsusiyyətləri özündə birləşdirən kompleks imtahan sistemidir:

"Göründüyü kimi, ümumtəhsil məktəbində işləyən müəllimlər adı çəkilən bu komponentlərin hamısından müvəffəq nəticə göstərməlidir ki, sertifikasiya şərtlərini ödəsin və yaxud daha müvəffəqiyyətli nəticə göstərsin. Təbii ki, yüksək nəticə göstərən müəllimlərin məvaciblərində, maaşlarında, bir sözlə, differensiasiyasında, yəni fərqləndirilməsində bunun böyük əhəmiyyəti var".

Müsahibimiz ali təhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiyaya cəlb olunma təklifindən danışdı:

"Ali təhsil müəssisələrində işləyən müəllimlərin hamısı elə hər il sertifikasiyadan keçir. Bu, bilirsiniz necə baş verir? Ali təhsil müəssisəsində işləyən müəllimlər hər il reytinq balı alırlar. Hər il reytinqə görə onların elmi bacarığı, elmi bilikləri yoxlanılır. Yəni bir müəllimin elmi yaradıcılığı hansı səviyyədədir, onun xaricdə indeksləşdirilmiş jurnallarda, bazalarda neçə məqaləsi çıxıb, "İlin müəllimi" nominasiyasında yer tuta bilibmi? Bu, elə sertifikasiya nümunəsidir. Yaxud hansısa bir müəllimin bu il ərzində hansı dərsliyi çıxıb, dərs vəsaiti çıxıb, fənn proqramı çıxıb, xaricdə konfranslarda məruzə edib, dövləti və dövlətçiliyi təmsil edən tədbirlərdə yaxından iştirak edib – bu da elə sertifikasiya amilidir".

R.Qardaşov hesab edir ki, universitet müəllimlərinin sertifikasiyası elə universitetdə fəaliyyətin qiymətləndirilməsi meyarı ilə kifayət edir:

"Çünki bir universitet müəllimini, ali təhsil müəssisəsində çalışan bir müəllimi il ərzində öz reytinq balına baxaraq qiymətləndirmək olar ki, bu hansı səviyyədədir, onun əsərlərinə neçə dənə istinad verilib, bu şəxsin yazdığı məqalələr neçə jurnalda indeksləşib. Rəqabət mühiti buradan başlayır. Məsələn, bəzi ali təhsil müəssisələrində artıq bu fərqləndirməyə görə də onlara müəyyən maaş əlavələri verilir. Bu da elə sertifikasiya amilidir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri